ABŞ'da tamamilə günəş enerjisi ilə çalışan hava limanı istifadəyə verildi

ABŞ'da tamamilə günəş enerjisi ilə çalışan hava limanı istifadəyə verildi

Texnologiya
21.08.2019 PAYLAŞIM

    Tenessi ştatının 4-cü ən böyük şəhəri olan Çattanuqa ABŞ-da ilk dəfə olaraq yalnız günəş enerjisi ilə çalışan hava limanına sahib olub. Layihənin reallaşdırılmasına 7 il vaxt və ABŞ-ın federal mülki aviasiya idarəetməsinin büdcəsindən 5 milyon dollar vəsait sərf edilib. Bu barədə Inhabitat saytı xəbər verib.

    ABŞ-ın cənub-şərqində yerləşən Çattanuqa şəhərində 200.000-ə yaxın insan yaşayır. Bir neçə müddət bundan öncə isə həmin şəhər təmiz enerji tərəfdarlarının diqqətlərini özünə cəlb edib. Belə ki, sözügedən şəhərin yerli hava limanı ABŞ-da günəş enerjisinə keçid etmiş ilk hava limanı oldu. Bu hava limanı yalnız bir sıra yerli reyslərə xidmət göstərir. Lakin son 1 il ərzində hava limanı 500.000 yeni sərnişini qəbul edib.

    “Bu, Çattanuqa hava limanı üçün yadda qalan bir gündür. Belə ki, biz günəş fermasının inşasını bitirərək iqtisadi stabillikdəki vacib məqama çatmışıq. Bu layihə bir qayda olaraq bizim hava limanımız və şəhərimiz üçün üstünlük yaradır və biz fəxr edirik ki, digər hava limanlarına, müəssisələrə və regionumuza bərpa olunan enerji nümunəsini sərgiləyə bildik. Bərpa olunan enerjini yaradaraq biz həmçinin hava limanının iqtisadi effektivliyini də yüksəldirik” - deyə hava limanının direktoru qeyd edib.

    Hava limanı üçün nəzərdə tutulmuş günəş stansiyası 7 il ərzində inşa edilib və onun sahəsi 16 futbol meydançasının sahəsi ilə eynidir. Onun enerji saxlaması və yaratması üzrə ümumi gücü isə 2.64 meqavattdır. Bunun sayəsində həmin günəş stansiyası hətta buludlu hava və gecə zamanı hava limanına elektrik enerjisini ötürür. Layihəyə sərf edilmiş 5 milyon dollar investisiya isə 20 il ərzində öz bəhrəsini verməlidir. Günəş panelləri ilə digər təchizatların çalışma müddətləri isə 30-40 il təşkil edir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SpaceX şirkəti 250 milyon dollar investisiya əldə etməyi planlaşdırır

CNBC saytı SpaceX şirkətinin 250 milyon dollar investisiya əldə etmək planından xəbər verib. ..


Huawei yeni Kirin prosessor modelini təqdim etməyə hazırlaşır

Yaxın günlərdə Huawei şirkəti yeni smartfon modellərindən əlavə olaraq yeni Kirin prosessorunu da tə..


Huawei şirkəti P40 flaqman seriyası üçün Wi-Fi 6 standartının təkmilləşdirilmiş ..

Keçən ilin ortasından başlayaraq elektron cihaz istehsalçıları öz məhsullarına Wi-Fi 6 standartının ..


Microsoft şirkəti öz antivirus tətbiqinin Android və iOS versiyaları üzərində ça..

Microsoft şirkətinin portfoliosuna təkcə Windows ilə Office paketi daxil deyil. Şirkətin digər bir m..


LG V60 ThinQ flaqman smartfonunun ilk press render fotosu ortaya çıxdı

LG-in yeni flaqman smartfon modeli olacaq LG V60 ThinQ-in ilk press render fotosu ortaya çıxıb.


Android 11-də yeni jestlər sistemi aşkar edilib: Smartfonun arxa panelinə 2 dəfə..

Bir neçə gün bundan öncə Google şirkəti tərtibatçılar üçün Android 11 Developers Preview-nun ilk ver..