main-post-cover

    A15 Bionic ilə eyni səviyyədə?: Apple A16 Bionic prosessorunun ilk bençmark test nəticələri ortaya çıxıb

    Elm & Texnologiya
    08.09.2022
    Farid Pardashunas
        Yenicə təqdim olunmuş iPhone 14 seriyasına daxil olan iPhone 14 Pro ilə iPhone 14 Pro Max modelləri Apple A16 Bionic prosessoru ilə təchiz olunublar. İndi isə internetdə sözügedən prosessorun ilk test nəticələri ortaya çıxıb. iPhone 14 seriyasının təqdimatı zamanı Apple bildirmişdi ki, A16 Bionic prosessoru hal hazırda bazarda olan ən güclü mobil prosessordur. Lakin prosessorun bençmark test nəticələri şirkətin bu cür bəyanatına şübhə ilə yanaşmağa səbəb verir.
        iPhone 15.3 kod adına sahib iPhone 14 Pro Max modeli Geekbench 5 adlı bençmark saytının birnüvəli testi çərçivəsində 1879 xal, çoxnüvəli testi çərçivəsində isə 4664 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14.3 kod adına sahib və A15 Bionic vasitəsilə çalışan keçən ilki iPhone 13 Pro Max modeli eyni bençmark saytının birnüvəli testi çərçivəsində 1730 xal, çoxnüvəli testi çərçivəsində isə 4750 xal toplayır.
        Burdan da belə qənaətə gəlmək olar ki, A15 Bionic ilə A16 Bionic arasında performans yüksəlişi baxımından elə də böyük bir fərq yoxdur. Bu nəticələr Apple şirkətinin təqdimat zamanı A16 Bionic-i nəyə görə A15 Bionic ilə deyil, 7 nanometrlik A13 Bionic ilə müqayisə etdiyinə aydınlıq gətirir. Apple şirkətinn rəsmi məlumatına əsasən A16 Bionic prosessoru özündə 6 nüvəli CPU-nu və 5 nüvəli GPU-nu birləşdirir. Bununla belə heç istisna deyil ki, keçən ilki prosessor ilə bu ilki prosessor arasındakı ciddi fərq məhz real çalışma prosesi zamanı hiss ediləcək. Buna misal olaraq mobil oyunları gətirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər