main-post-cover

    Intel-in növbəti prosessorlarının yeni adlandırmaya sahib olacaqları təsdiqlənib

    Elm & Texnologiya
    08.06.2023
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Intel şirkəti Meteor Lake seriyasına daxil olan yeni prosessorlardan başlayaraq onların adlarında dəyişiklik edəcək. Belə ki, şirkət öz yeni prosessorlarını Core i deyil, Core Ultra adlandırmağa başlayacaq. Daha sonra isə Intel təmsilçisi yeni prosessorlarda ad dəyişikliyinin olacağını təsdiqlədi, lakin konkret bir ad çəkmədi.
        Bu məsələ barəsində yeni məlumat ortaya çıxıb. Belə ki, Intel saytının yüklənmə jurnalında Intel Core Ultra 7 1002H adlı sətrə rast gəlmək olar. Daha öncə isə Core Ultra 5 1003H adı ortaya çıxmışdı. Görünür, Intel növbəti prosessorlarının yeni aldandırılması məsələsində yekun qərarı qəbul edib. Sadəcə olaraq Core i ilə Core Ultra arasında nə kimi fərqin olacağı tam aydın deyil. Hər halda yeni prosessorların təqdimatları zamanı Intel bu barədə məlumat verəcək.
    Linki kopyala