Intel-in keçmiş əməkdaşı Apple şirkətinin fərdi ARM prosessorlara keçidinin əsl səbəbini açıqladı
Elm & Texnologiya
26.06.2020
Emil Nəcəfov
Bu həftənin əsas xəbərlərindən biri də Apple şirkətinin macOS ilə çalışan kompüterlərdə Intel əvəzinə fərdi ARM prosessorlara keçid qərarı oldu. Apple şirkətinin özü qeyd edir ki, bunun əsas səbəbi ondadır ki, o, daha yüksək performans səviyyəsi əldə etmək üçün öz məhsullarının həm hardware həm də software tərəfini idarə etmək istəyir. Lakin Intel şirkətinin keçmiş mühəndisinin verdiyi məlumata əsasən Apple şirkətinin fərdi ARM prosessorlara keçid etməsinin səbəbi başqadır.
Bu barədə Macrumors saytı xəbər verib. Beləliklə Intel-in keçmiş mühəndisinin sözlərinə əsasən Skylake seriyasına daxil olan prosessorlar üzrə keyfiyyət idarəetməsində yaranmış problemlər səbəbilə Apple şirkəti fərdi ARM prosessorlara keçid etmək qərarını verdi. Mühəndisin sözlərinə əsasən Skylake seriyasına daxil olan prosessorlar heç də yüksək keyfiyyətdə hazırlanmamışdılar. Apple şirkəti bu prosessorların arxitekturalarında çoxlu sayda problemin olduğunu söyləmiş ilk şirkətlərdən biri idi
Məlumata əsasən Skylake prosessorlarının aşağı keyfiyyətdə hazırlanmaları bütün bu məsələdə yekun rolu oynayıb. Apple daha öncə də fərdi ARM prosessorlara keçid etməyi planlaşdırırdı. Lakin Intel tərəfindən olmuş səhv nəticədə Apple şirkətinin yekun qərar verməsinə gətirib çıxartdı. Apple öz növbəsində qeyd edib ki, fərdi ARM prosessorlara tam keçid etmək üçün 2 il vaxt lazım olacaq. ARM prosessor əsasında hazırlanmış ilk Mac kompüteri artıq bu ilin sonuna kimi satışa çıxmalıdır.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək