main-post-cover

    Intel-ə bir zərbə də Amazon-dan: Serverlərdə ARM çipsetlər istifadə ediləcək

    Elm & Texnologiya
    02.12.2019
    Nijat Hamid
            Amazon dünya nəhəngi olaraq  bu günə qədər öz serverlərindən İntel Xeon çipsetlərindən istifadə edirdi. Lakın yeni çıxan xəbərlərə görə Amazon Xeon çipsetlərdən razı qalmadığına görə server prosessorları olaraq ARM arxitekturalı çipsetlərdən istifadə edəcək. Yeni çipsetlər İntel-ə nəzərən 20% daha güclü olacaq. Keçən ildən satışa çıxan ARM server çipsetləri bu il 2-ci nəsil ilə yenilənəcək. 

    2-ci nəsil ARM çipsetləri İntel-ə nəzərən 20% daha güclü olacaq və 2 dəfə daha çox nüvəyə malik olacaqdır. 

            Amazon üçün istehsal olunan çipsetlər hələki təqdim olunmayıb. Lakin Reuters tərəfindən bildirilən məlumatlara görə bu nəsil əvvəlkinə nəzərən 20% daha güclü olacaq. Həmçinin nüvə sayı olaraq da 2 dəfə daha çox nüvəyə malik olacaqlar. Digər bir məlumat isə server çipsetlərində ağır yük altında daha az enerji sərf etməyi mümkün edən Neoverse N1 texnologiyasının da bu çipsetlərdə istifadə ediləcəyidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər