main-post-cover

    Intel deepfake videoları 96%-lik dəqiqliklə təyin etməyi bacaran texnologiya üzərində çalışır (VİDEO)

    Elm & Texnologiya
    15.11.2022
    Farid Pardashunas
        Süni zəka mövzusunda müzakirələr gedən zaman insanları ən çox narahat edən texnologiyalardan biri də deepfake-dir. Belə ki, sözügedən texnologiya çox zaman bu və ya digər insanın real həyatda söyləməyəcəyi və ya etməyəcəyi şeyləri əslində etmiş kimi göstərən videoların hazırlanmasında istifadə edilir. Deepfake texnologiyası adətən məşhur şəxslər və siyasətçilər üzərində istifadə edilir. Lakin görünür, bu problemdən çıxış yolu var.
        Belə ki, Intel şirkəti FakeCatcher adlı texnologiya üzərində çalışır. Hazırlanan texnologiya deepfake-in istifadə edildyi videoları təyin edə bilir. Bununla belə məlumatda qeyd edilib ki, Intel-in FakeCatcher adlı tenxologiyası bu və ya digər videoda deepfake-in istifadə edilib-edilməməsini təyin etmək üçün bir neçə millisaniyə vaxt sərf edir. Texnologiyanın çalışma dəqiqliyi isə 96% təşkil edir.
        Intel bildirib ki, deepfake-ləri təyin etmək üçün nəzərdə tutulmuş digər alətlər fayllardakı emal edilməmiş məlumatları analiz etməyə çalışırlar. FakeCatcher texnologiyası isə elə şəkildə təlimatlandırılıb ki, o, videoda real insanın necə göründüyünü təyin edə bilsin. Başqa sözlə desək, sözügedən texnologiya insanları real edən faktorların videoda axtarışını reallaşdıra bilir. FakeCatcher veb platforma üzərindən çalışmaq üçün ayarlanıb. Sözügedən texnologiya Intel şirkətinin 3-cü nəsil Xeon prosessorları və çoxlu sayda proqram təminatı vasitəsilə çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər