main-post-cover

    6000 mAh-lıq batareyaya sahib Galaxy M31 təqdim olundu - QİYMƏTİ

    Elm & Texnologiya
    25.02.2020
    Emil Nəcəfov
        Samsung şirkəti Galaxy M31 smartfon modelini təqdim etməklə özünün orta büdcəli smartfonlar seriyasını genişləndirdi. Galaxy M31-in əsas özəllikləri arasında böyük ölçülü Super AMOLED ekran, təkmilləşdirilmiş kameralar, yüksək RAM göstəricisi və yüksək batareya həcmi var. Bu barədə Fonearena saytı xəbər verib. Beləliklə Galaxy M31 smartfonu 2340x1080 piksel keyfiyyətli 6.4 düym Super AMOLED ekran əldə edib. Ekranın ətrafında nazik çərçivələr, yuxarısında isə damcı formalı çıxıntı hissə yerləşdirilib. Barmaq izi skanı tenxologiyası smartfonun arxa panelindədir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy M31 Exynos 9611 prosessoru, Mali-G72MP3 qrafik sürətləndirici, 6 GB RAM, 64/12 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP (f/1.8 diafraqmalı Samsung GW1 sensoru) + 8 MP (f/2.2 diafraqmalı və 123 dərəcə bucaq təsvirli) + 5 MP (f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı makroobyektiv) dördlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra Galaxy M31 modeli 26 saat ərzində video izləmə rejimində və 48 saat ərzində isə danışıq rejimində çalışa bilər. Smartfon 5 mart tarixində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib model 209$-a, 128 GB daxili yaddaşa sahib model isə 223$-a satılacaq.
    Linki kopyala