5G şəbəkəsinə keçmiş insanlar 4G'yə qayıtmaq istəmirlər

TEXNOLOGİYA


12.08.2019 0 PAYLAŞIM 129 OXUNMA


    İnsan yaxşı şeyə tez öyrəşir. Uzağa getməyə ehtiyac yoxdur. Misal olaraq Cənubi Koreya sakinlərinin ilk dəfə olaraq 5G şəbəkələrindən istifadə təcrübələrini gətirmək olar. Belə ki, 5G texnologiyası onları o dərəcədə heyrətləndirib ki, onlar 5G-dən sonra artıq köhnəlmiş 4G-yə qayıtmalarını təsəvvür belə edə bilmirlər. Son məlumatlara əsasən bu regionda 5G istifadəçilərinin sayı kəskin şəkildə yüksəlib. Bu barədə MyDrivers saytına istinadən 4pda saytı xəbər verib.

    1 dekabr 2018-ci il tarixində Koreyanın 3 böyük şəbəkə operatoru olan SK, KT LG Plus korporativ istifadəçilərə 5G şəbəkəsindən istifadə etmək imkanını vermişdi. Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən bu ilin iyun ayının sonuna olan statistikaya əsasən 5G istifadəçilərinin sayı 1.34 milyon insana çatıb. 1 ay ərzində 550.000 insan 5G şəbəkəsindən istifadəyə keçid edib. Başqa sözlə desək, hal hazırda Cənubi Koreyada 5G istifadəçilərinin sayı 1 milyon yarım təşkil edir.

    Mütəxəssislərin fikrincə bu hələ ilkin mərhələdir. Onların proqnozlarına əsasən bu ilin sonuna kimi 5G şəbəkələrindən istifadə edənlərin sayı 4-5 milyon insana çatacaq. Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən istifadəçilər arasında aparılmış sorğu nəticəsində məlum olub ki, məlumatların 5G şəbəkələrində yüksək sürətlə ötürülməsindən heyrətlənərək onlar 4G şəbəkəsinə qayıtmağı planlaşdırmırlar.