main-post-cover

    5G dəstəkli Redmi K30 smartfon modelinin təqdimat tarixi elan edildi

    Elm & Texnologiya
    26.11.2019
    Farid Pardashunas
        Son bir neçə ay ərzində baş vermiş müxtəlif məlumat sızıntılarından sonra Xiaomi şirkəti sonunda Redmi K30 smartfon modelinin təqdimat tarixini elan etdi. Redmi brendinin rəhbəri Lu Weibing, Weibo sosial şəbəkəsindəki səhifəsində smartfonun təqdimat tarixini əks etdirən posteri paylaşıb. Beləliklə həmin posterə əsasən Redmi K30 modeli 10 dekabr tarixində təqdim olunacaq.
        Bu barədə Gagadget saytı xəbər verib. Təqdimat tədbiri Çində baş tutacaq. Son məlumat sızıntılarına əsasən Redmi K30 modeli Full HD+ keyfiyyətli IPS ekrana və ekran üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəyə sahib olacaq. Həmçinin smartfon ekranının təsvir yenilənməsi 120 Hz təşkil edəcək. Bununla yanaşı smartfonun 5G dəstəkli Snapdragon 735 prosessoru vasitəsilə çalışacağı gözlənilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər