main-post-cover

    5G dəstəkli OnePlus 7? OnePlus şirkəti gələn ilin əvvəlində təqdimat keçirdəcək

    Elm & Texnologiya
    03.09.2018
    Farid Pardashunas
        OnePlus şirkəti Weibo sosial şəbəkəsində təsdiq edib ki, o, 15 Yanvar 2019-cu il tarixində təqdimat məqsədli tədbir keçirdəcək. Bu mesaj OnePLus smartfonunun əks olunduğu foto vasitəsilə paylaşılıb. Nəzərə alsaq ki, şirkət sözügedən təqdimatı 4.5 ay öncədən anons edib, deməli həmin təqdimatda bizləri nəsə qeyri-adi bir şey gözləyəcək. Çox güman ki, bu 5G dəstəkli OnePLus 7 smartfonu olacaq. Keçən həftə OPPO şrikətinnin təmsilçiləri (OPPO və OnePlus-ın sahibi BBK adlı şirkətdir) bildirmişdilər ki, şirkət Snapdragon X50 LTE modemi əsasında ilk 5G smartfon modellərini 2019-cu ilin əvvəlindıə təqdim edə bilər.

        Beləliklə əgər OPPO bu cür smartfon modelləri hazırlayırsa deməli OnePlus şirkəti də bununla məşğuldur. Bundan əlavə olaraq bir neçə müddət bundan öncə deyilirdi ki, OnePlus ilk 5G smartfon modellərindən biri ola bilər. Bütün bunlar şübhə yaratmır. Lakin burda bir məsələ var. OnePlus 7-nin təqdimatından öncə şirkət məntiqi olaraq OnePlus 6T modelini təqdim etməlidir. Bəlkə də şirkət OnePLus 6T-ni təqdim etməklə OnePlus 7-nin satış tarixini bir qədər sonraya saxlayacaq? Ola bilər. Lakin belə halda şirkət çətin ki, 4.5 ay öncədən təqdimat məqsədli tədbirin anonsunu edərdi. Bu barədə əlavə məlumatları gözləməkdən başqa çıxış yolu yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər