main-post-cover

    30 illik işdən sonra Apple şirkətinin baş dizayneri Jony Ive şirkətdən ayrılacaq

    Elm & Texnologiya
    27.06.2019
    Emil Nəcəfov
        Apple şirkətinin baş dizayneri olan Jony Ive bu ilin sonuna kimi şirkətdən ayrılacaq. Səbəb isə onun, öz studiyasını yaratmaq istəməsidir. Bu barədə Apple şirkətinin rəsmi məlumatına istinadən Vc.ru saytı xəbər verib. Jony Ive 1992-ci ildən bəri Apple-da çalışır. Məhz onun rəhbərliyi altında birinci iMac, iPod, iPhoneMacBook modellərinin dizaynları yaradılmışdı. O həmçinin iOS 7 əməliyyat sisteminin interfeysinin hazırlanması üzərində də çalışıb.

        Jony Ive-ın Apple şirkətindəki öhdəliklərini istehsal dizaynı üzrə vitse-prezident Evans Hankey və interfeys dizaynı üzrə vitse-prezident Alan Dye öz üzərlərinə götürəcəklər. Onlar isə öz növbələrində şirkətin əməliyyatlar üzrə direktoru Jeff Williams-a tabe olacaqlar. Jony Ive isə birbaşa şirkətin CEO-su Tim Cook qarşısında cavabdehlik daşıyırdı. “30 illik işdən və saysız-hesabsız layihələrdən sonra mən, Apple-da prosesləri, mədəniyyəti və dizaynerlər komandasını yaratdığımız ilə fəxr edirəm. Apple indi öz tarixində heç zaman olmadığı kimi daha parlaq, güclü və istedadlıdır” - deyə Jony Ive bildirib.
        Financial Times saytı ilə söhbətində Jony Ive bildirib ki, o, bəzi layihələr ilə digərlərindən fərqli olaraq daha çox fəxr edir. Misal üçün o, yeni Apple Park kampusunu gətirib. O həmçinin qeyd edib ki, növbəti uzun illər ərzində Apple şirkətinin işlərində iştirak edəcək. Jony Ive-ın yeni studiyası isə LoveFrom adlanacaq. Onun işə salınması 2020-ci ilə planlaşdırılır. Onun bu layihədəki partnyoru qismində isə onun dostu dizayner Marc Newson çıxış edəcək. Apple şirkətinin bəyanatında bu layihə barəsində dəqiq bir məlumat verilməsə də şirkət həmin studiyanın müştərisi olacağına söz verib.
    Linki kopyala