main-post-cover

    3 illik fəaliyyətdən sonra Google şirkəti Daydream VR layihəsini bağladı

    Elm & Texnologiya
    16.10.2019
    Emil Nəcəfov
        Şirkət VR cihazı satışdan çıxartdı və tətbiqlərdən ibarət platformanın inkişafını dayandırdı. Buna baxmayaraq Google bildirib ki, o, mövcud istifadəçilər üçün dəstəyi davam etdirəcək. Bu barədə Venturebeat saytı xəbər verib. Beləliklə şirkət bu üsulla Daydream View adlı VR cihazı satışlardan çıxartdı və Daydream adlı VR platformanın inkişafını dayandırdı. Platforma və Daydream mağazası öz fəaliyyətini davam etdirəcək. Şirkət qeyd edib ki, o, mövcud olan istifadəçilər üçün dəstəyi dayandırmağı planlaşdırmır. Lakin Pixel smartfonldarında və digər Android cihazlarında bundan sonra Daydream dəstəyi olmayacaq.
        “Biz, VR dəstəkli smartfonlarda böyük potensial görürdük. O potensial ki, istənilən yerdə istifadəçiyə qeyri adi təcrübə versin. Lakin daha sonradan biz, uzunmüddətli perspektivə sahib layihənin reallaşdırılmasına mane olan maneələri aşkar etdik. Əsasən ən böyük problem smartfonun VR cihaza yerləşdirilməsində idi. Bu halda istifadəçilər gündəlik istifadə etdikləri tətbiqlərə keçidi itirirdilər. Biz, ümid etdiyimiz reaksiyanı istehlakçılardan və tərtibatçılardan görə bilmədik. Müəyyən müddətdən sonra biz, Daydream View cihazından daha az istifadə olunmasını müşahidə etdik. Beləliklə nəticədə biz artıq Daydream View cihazını satmırıq və Pixel 4 smartfonunda Daydream platformasının dəstəyindən imtina etmişik. Lakin tətbiqlər və mağaza mövcud istifadəçilər üçün hələ də fəaliyyət göstərəcəklər” - deyə şirkətin mətbuat xidməti bildirib.
        Qeyd etmək lazımdır ki, Google şirkəti Daydream platformasını və Daydream View adlı VR cihazı 2016-cı ildə istifadəyə vermişdi. İstifadəçilər öz smartfonlarını Daydream View cihazının ön panelinə yerləşdirərək tətbiqlərdən istifadə edə və virtual reallıq oyunlarını oynaya bilirdilər. 3 il ərzində hansı sayda Daydream View cihazının satılması barəsində şirkət heç bir məlumat verməyib. Google təmsilçisi qeyd edib ki, şirkət hal hazırda artırılmış reallıq (AR) layihələrinin hazırlanmasına öz diqqətini ayırıb. 
    Linki kopyala