main-post-cover

    2038-ci ildə insanın süni zəka ilə keçirdəcəyi günün təsviri

    Elm & Texnologiya
    22.01.2018
    Farid Pardashunas
     “Microsoft” şirkətinin prezidenti Brad Smith və şirkətin süni zəka üzrə vitse-przidenti Harry Shum süni zəka haqqında kitab təqdim ediblər.
    Onların fikrincə süni zəka köməkçiləri insanın alter eqosuna çevriləcəklər. Şirkətin top menecerlərinin proqnozları əsasında Business Insider saytı 20 ildən sonra adi insan həyatının bir gününü təsvir edib. Smith və Shum inanırlar ki, süni zəkanın nəticə etibarilə olacaq təkamülü hər bir insanın süni zəka köməkçisinə sahib olacağıdır. O hər zaman hər yerdə öz sahibinin yanında olacaq. Həmin elektron köməkçi insan həyatının ayrılmaz hissəsinə çevriləcək. 2038-ci ildə standart gün ondan başlayacaq ki, insan yatdığı müddətdə süni zəka köməkçisi sahibinin yeni gün üzrə cədvəlini analiz edəcək və ağıllı ev cihazlarına əmrlər verəcək.
    Məsələn çaynikdə olan suyun qızıdırlması, qəhvə aparatının və çörək qızdırıcısının işə salınması kimi əmrlər. Süni zəka köməkçisi sahibinin yuxu dövrlərini analiz edərək onu lazımi zamanda oyadacaq. İnsan yuxudan oyanandan sonra süni zəka köməkçisi ona gündəlik xəbərləri və sosial şəbəkədə olan aktivliklər üzrə məlumatları verəcək. Bütün bunları süni zəka insanın cədvəli, maraqları və kontaktlarını analiz edərək təqdim edəcək. Köməkçi, olacaq görüşlər, hava proqnozu və planlaşdırılmış hadisələr barədə öz sahibini məlumatlandıracaq. Bununla yanaşı sistem öz sahibinə havaya uyğun olaraq necə geyinməyi və yolda tıxaca düşməmək üçün nə zaman evdən çıxmağı da məsləhət görəcək.
    Bu cür süni zəka köməkçisi sayəsində insanlar öz dostlarının və ailə üzvlərinin doğum günlərini unutmayacaqlar. Belə ki, süni zəka köməkçisi həmin şəxslərin sosial şəbəkə hesabları barəsində məlumatlı olacaq. Lazım olduğu halda sistem hədiyyə və gül sifarişi verə və ya restoranda sizin adınıza masa bron edə bilər. Evdən çıxandan sonra gələcəyin insanı özünün pilotsuz avtomobilinin daxilində müxtəlif ölkələrdə yaşayan şəxslərin iştirakı ilə iş videokonfransı yarada biləcək. Artırılmış reallıq eynəkləri sayəsində isə videokonfrans iştirakçıları ümumi vitual danışıq mühitində ola biləcəklər. Hamı müxtəlif dillərdə danışacaq. Lakin bu halda da tərcüməçiyə ehtiyac olmayacaq. Belə ki, tərcümə avtomatik olaraq danışığa inteqrasiya olunacaq.
    Pilotsuz avtomobil insanı işə apardığı müddətdə o, müdiriyyətə göstərməli olacağı prezentasiya üzərində çalışa biləcək. Həmin iş prosesi isə avtomobilin multimedia sistemində reallaşdırılacaq. Bu zaman süni zəka köməkçisi lazımi məlumatı axtara, və sahibinin fokuslandığı mövzu üzrə öz məsləhətlərini verə bilər. Gün əzrində sistem öz sahibinin elektron poçt ünvanını analiz edəcək, vacib olmayan məktublara özü cavab verəcək, qalanlarını isə vacibliklərinə görə ayıraraq sahibinin öhdəliyinə buraxacaq. İnsan çalışdığı müddətdə süni zəka köməkçisi onun bütün vacib göstəricilərini analiz edərək səhhətinin vəziyyətini öyrənəcək.
    Əgər süni zəka normadan artıq və ya az nəsə aşkar etsə, o, öz məsləhətlərini verəcək və ya sahibinin konsultasiya ala biləcəyi həkimi ilə əlaqələndirəcək. Həkimin özünə də süni zəka kömək edəcək. Müşahidə olunmuş vəziyyətin çoxluğu hesabına sistem öz müalicə məsləhətlərini təyin edəcək. Axşama yaxın xüsusi dron həkimin təyin etdiyi lazımi dərmanları insanın evinə çatdıracaq. Ev şəraitində müalicə müddətində həkim insanı uzaqdan nəzarət altında saxlayacaq. Əgər hər şey yaxı getsə, insan öz müalicəsini sona çatdıracaq. Əks halda həkim və süni zəka digər plan tərtib edəcəklər. Faktiki olaraq “Microsoft” şirkəti nəsə yeni bir şeyin proqnozunu etmədi. Günümüzdə bu proqnozların bəzilərinin ya prototipləri və ya artıq işlək versiyaları mövcuddur. Şirkət üçün süni zəka insanın ilk növbədə köməkçisidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər