main-post-cover

    2018 model iPhone X daha ucuz olacaq

    Elm & Texnologiya
    21.03.2018
    Nijat Hamid
    Apple şirkətinin iPhone-nun 10-cu il münasibətilə çıxartdığı iPhone X modeli gözlənilən nəticəni vermədi. Hətta satışlar elə aşağı oldu ki, şirkət zavodlardakı istehsalı 2 qat aşağı saldı. Belə olan halda ekranları və bir sıra detalları Samsungdan aldığı üçün satışların aşağı olması Samsung-a da ziyan vurdu. Bunları görən Apple 2018-ci il üçün çıxaracağı iPhone modellərində qiymətləndirmə siyasətlərində dəyişiklik edəcəyini bildirdi.
    2018-ci il üçün çıxarılacaq iPhone X modeli daha ucuz olacaq. Həmçinin bu il satışa 3 fərqli iPhone modelı çıxarılacaq.    
    Gələn məlumatlara əsasən, bu il satışa çıxarılacaq 2-ci nəsil iPhone X modellərindən 1-i 5.8 inch OLED ekran istifadə edəcək. Bu modelin PLUS versiyası isə 6.5 inch ekran ilə satışa çıxarılacaq. Çərtiksiz olacağı deyilən modellər isə LCD ekran istifadə edəcək. Həmçinin bu modellərdə daha az ram və daha zəif kamera istifadə ediləcək. LCD ekran istifadə edən 5.8 inch ekranlı iPhone modeli son 3 nəsildəki ( iPhone 7, 8, və X) ən ucuz model olacaq. Technote olaraq deyə bilərik ki, hardasa iPhone 6S qiymətinə 2018 model yeni İphone-lar satışda olacaq. 
    İstehsal ediləcək modellər sırasında olan 2-ci nəsil iPhone X isə keçən ilki X modelinə nisbətən 10% ucuz olacaq. Görünür ki, Apple artıq başa düşdü ki, insanlar yüksək məbləğlər verib telefon almaq istəmir, həm də telefon bazarında bu qədər alternativ model varkən. Bütün bu məlumatları nəzərə alsaq, deyə bilərik ki, Apple bu il minimum 4 telefon satışa çıxaracaq. Hər seqmentə uyğun modellər ilə istifadəçilərini geri qazanmağı planlayan şirkətin addımlarının uğurlu olub olmayacağını görəcik.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər