main-post-cover

    189 Taxi mobil tətbiqi ilə kartla ödənişləri ƏDV ödəmədən həyata keçirin (VİDEO)

    13.06.2019
    Farid Pardashunas
        189 Taxi şirkəti olduqca rəqabətli tətbiq əsaslı taksi sifarişi bazarına özünün yeni mobil əlavəsini təqdim edib. Lokal bazarda Uber və Taxify kimi iri oyunçalara ciddi rəqib kimi görünən 189 mobil əlavəsi, rəqiblərindən fərqli olaraq yerli şirkət olduğu üçün 18%-lik əlavə dəyər vegisindən azaddır. Yəni siz bu tətbiqdən istifadə edən zaman fiziki şəxs bank kartlarından etdiyiniz ödəmələr zamanı sizdən əlavə olaraq 18% ƏDV tutulmur. 
         Digər tətbiqlərlə müqaisədə bu tətbiqin ikinci və bəzilərinə çox lazımlı olan bir üstünlüyü nömrələrin görünməmsidir. Nə sürücü sizin nömrəni görür, nə də ki, siz sürücünün nömrəsini. Yaxşı bəs necə əlaqə qurulur? Burda sadə mantiq var. Çünki, 189 həm də çağrı əsaslı xidmətdir və siz sürücüyə zəng edəndə eyni zamanda sürücü sizə zəng edəndə 189 üzərindən zəng edir. Nə sizin nömrə görsənir, nə də sürücünün nömrəsi. Bu əslində xırda bir şeydir amma xüsusilə həssas xanım istifadəçilər üçün faydalıdır. 
    Üçüncü üstünlüyü standart qiymətdir. Yəni siz harasa səfər etmək istəyirsiniz və xəritədə həmin yeri seçirsiniz. Seçdikdən sonra sizə göstərilən ilk qiymət nədirsə, səfər sonunda da sizdən həmin məbləğ alınır. Yolda tıxacın olub, olmamasının qiymətə heç bir təsiri olmayacaq. Biz adətən xarici alternativlərdə sırf bu qiymət fərqinə görə tez-tez mübahisələrin yarandığının şahidi oluruq.
        Tətbiq həm iOS həm də Android əməliyyat sistemləri üçün mövcuddur və uyğun tətbiq mağazalarında yerləşdirilib. Tətbiqdən ilkin istifadə və ən əsası ilk kartla gedişinizə 50% endirim qazanmaq üçün "technote" promo kodundan istifadə edə bilərsiniz.
        Ttbiq barədə geniş video dəyərləndirməni aşağıdakı videodan izləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər