main-post-cover

    15 qram çəkiyə sahib 1 TB-lıq xarici SSD təqdim olundu

    Elm & Texnologiya
    10.03.2020
    Emil Nəcəfov
        Xarici SSD yaddaş həcmləri ənənəvi flash kartları həm yaddaş həcminə həm də çalışma sürətinə görə üstələyirlər. Lakin onların ən böyük mənfi cəhətləri ondan ibarətdir ki, onları böyük ölçülərə sahib olurlar. Buffalo şirkəti isə bu vəziyyəti düzəltmək qərarına gəlib. Belə ki, şirkət dözümlü gövdəyə sahib kiçik xarici SSD yaddaş həcmini təqdim edib. Yüksək yaddaş həcminə baxmayaraq onun ölçüsü adi kibrit qutusunun ölçüsü qədərdir. Bu barədə Wccftech saytı xəbər verib.
        Buffalo SSD-PSMU3 adlı bu xarici SSD yaddaş həcminin gövdəsi MIL-STD-810G standartı üzrə qorunur. Bu isə o deməkdir ki, sözügedən xarici SSD yaddaş həcmi 1.2 metr hündürlükdən öz gövdəsinin istənilən hissəsinə düşüşə tab gətirə bilər. Bu SSD yaddaş həcmi 4 versiyada təqdim olunur: 120 GB, 250 GB, 480 GB və 960 GB. Daxili yaddaş həcmlərindən asılı olmayaraq bütün modellərin çəkiləri 15 qram təşkil edir.
        SSD yaddaş həcminin kompüterə qoşulması USB 3.2 Gen girişi vasitəsilə reallaşdırılır. Bundan əlavə olaraq onun komplektində həmçinin USB Type-CType-A başlıqlı naqillər də daxildirlər. Məlumatda qeyd edilib ki, bu SSD-də məlumatların ötürülməsi sürəti saniyədə 430 MB təşkil edir. Daxili yaddaş həcmindən asılı olaraq SSD-nin qiyməti 54$-210$ təşkil edir. Kompakt ölçüyə sahib SSD artıq Yaponiyada satışa çıxıb. Lakin onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala