11 Noyabr tarixində keçirilmiş endirimli alış-veriş zamanı
12.11.2017
Farid Pardashunas
Hər ilin 11 Noyabr tarixində Çinin elektron kommersiyası fantastik dərəcədə gəlir əldə edir.
Bu tarixdə Çində keçirilən
Subaylar günü ABŞ-ın Black Friday gününün analoqudur. Əvvəllər 11 Noyabr tarixi
Çində tək başına alş-veriş edən subay kişilər günü kimi qeyd olunurdu. Lakin
2009-cu ildən başlayaraq həmin tarixdə böyük endirimli alış-verişlər keçirilməyə
başlandı. Keçən il Çinin internet nəhəngi “Alibaba” həmin endirimli alış-veriş
günündən rekord olaraq 17.8 milyard dollar gəlir əldə etmişdi. 2015-ci ildə isə
bu göstərici 14.3 milyard dollar idi. Lakin bu ilin göstəriciləri əvvəlki illərdəkiləri
geridə qoymağı bacardı. Endirimlərin start verilməsindən 13 saat sonra şirkətin təmiz gəliri artıq 18 milyard dolları keçmişdi.
Bununla yanaşı ilk milyard
dolları satıcılar ilk 2 dəqiqə ərzində reallaşdırıblar. Endirimə start veriləndən
yarım saat sonra isə satışların nəticələri 7 milyard dollara çatıb. Nəticədə “Alibaba”
bu endirimli alış-veriş günü sayəsində 25 milyard dollardan çox gəlir əldə edib.
Maraqlısı ondadır ki, Subaylar günündə olan endirimli alış-veriş zamanı
alıcıların çox hissəsi məhsulları mobil telefon vasitəsilə sifariş edirdilər.
Endirimə start veriləndən sonra mobil telefon vasitəsilə sifariş verənlərin faiz
göstəricisi 84-dür. Sonrakı saatlarda bu göstərici daha da artıb və nəticədə
90% təşkil edib. “Alibaba”nın keçən illərdəki satış göstəricilərinə aşağıdakı qrafikdən baxa bilərsiniz.
Keçən il satışların təkcə ilk saatında alıcılar 1 saniyə ərzində
175.000 sifariş və 120.000 pul köçürməsi reallaşdırırdılar. Qeyd etmək lazımdır
ki, bu il endirimli alış-verişlərdə iştirak edən 40-a yaxın brend Çindən olan
brendlər siyahısında olmayıb. Subaylar günü Çində 90-cı illərdən bəri
qeyd olunur və o, universitet tələbələri arasında yaranıb. 11.11 tarixi yalnız
1 rəqəmindən ibarətdir və yalnızlığın mənasını əks etdirir. Hesab olunur ki, 11
Noyabr tarixi yeni tanışlıqlara və münasibətlərə start vermək üçün əlverişli
tarixdir.
#Double11 2017: As of 24:00, total GMV has exceeded RMB168.2 billion - more than USD25.3 billion. Mobile GMV: 90%. pic.twitter.com/Kfm3dhNNdw— Alibaba Group (@AlibabaGroup) 11 ноября 2017 г.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)