108 MP yetmədi: 256 Meqapiksel kameralı telefonlar gəlir
Elm & Texnologiya
13.01.2020
Nijat Hamid
Bildiyimiz kimi mobil cihazlar üçün ilk 108 MP-lik kamera sensorları Samsung tərəfindən Avqust ayında təqdim edilmişdi. Kamera sensorları ekosistemində hələ öz yerini möhkəmlətməyən texnologiyanın daha üst səviyyəsi hazırlanır. Belə ki, artıq 256 MP-lik kamera sensorları üzərində işlər aparılmağa başlayıb. İlk testlər Çində edilməyə başlanıb.
Mobil telefon ekosistemindəki "Meqapiksel Savaşları" daha da qızğın bir hala bürünür.
Şəkildən göründüyü kimi kamera tətbiqində 256 Meqapiksel dəstəyi var və aktivdir. Hələki bu cihazın hansı şirkətə məxsus olduğu bilinməsə də kamera interfeysi Xiaomi-ə çox bənzəyir. Güman edilir ki, Xiaomi, Samsung ilə yeni kamera sensoru üzərində işləyir və bu sensor 256 Meqapiksel dəstəyinə malik olacaq. Əslində təəccüblənməli hal deyil. Yeni nəsil prosessorlar bu qədər yükün altından qalxa biləcək səviyyəyə çoxdan gəliblər. Təxminlərə görə 2020-ci il bitmədən 256 MP prototiplərini, bəlkə də 256 MP kameraya malik bir telefon görə bilərik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək