main-post-cover

    108 MP'lik kamera ilə çəkilmiş foto Xiaomi Mi Note 10 Pro'nun mövcudluğunu təsdiq etdi

    Elm & Texnologiya
    04.11.2019
    Emil Nəcəfov
        Keçən həftə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti adi Mi Note 10 ilə yanaşı həmçinin Mi Note 10 Pro smartfon modelini də təqdim edəcək. İndi isə bu məlumat öz təsdiqini tapıb. Bu barədə XDA-Developers saytı xəbər verib. Belə ki, şirkətin Polşa üzrə şöbəsi fotolar üzrə rəsmi forumda Samsung-un 108 MP-lik ISOCELL Bright HMX kamera modulu vasitəsilə çəkilmiş fotonu paylaşıb.
        Məlumata əsasən həmin foto Mi Note 10 Pro smartfon modeli vasitəsilə çəkilib. Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, təqdimat çərçivəsində şirkət iki ədəd Mi Note 10 modelini təqdim edəcək. Təəssüflər olsun ki, Mi Note 10 Pro-nun texniki göstəriciləri barəsində dəqiq bir məlumat yoxdur. Lakin son məlumatlara inansaq, Mi Note 10 Pro adi Mi Note 10-dan Snapdragon 855 prosessoru və 6.7 düym ekranla fərqlənəcək.
    Linki kopyala