1 həftə ərzində insanlar CryptoKitties adlı blockchain oyununda 2.5 milyon dollar xərclədilər

04.12.2017 0 PAYLAŞIM 1156 OXUNMA

Bir neçə gün bundan öncə start verilmiş və blockchain əsasında yaradılmış CryptoKitties adlı layihə istənilən istifadəçiyə virtual pişik almaq imkanını verir.

Layihə artıq Ethereum trafikinin 15%-ni ələ keçirdib, layihənin kapitalizasiyası isə 2.5 milyon dolları keçib. Bir neçə gün ərzində istifadəçilər bu oyunda dəlisov dərəcədə pul vəsaitləri xərcləyiblər. Bir neçə pişik təqribi olaraq 50 ETH-ma (23.000$) satılıb. Ən bahalı pişik isə 246 ETH (113.000$) dəyərində qiymətləndirilib. Qiymətlər sürətli templə artmaqda davam edir. Hal hazırda ən ucuz pişiyin qiyməti 0.3 ETH (140$) təşkil edir. İnsanlar həmin pişikləri alaraq onları birləşdirir və nadir pişik əldə edirlər. Daha sonra həmin əldə olunmuş pişiyi baha qiymətə satmaq olar.


Faktiki olaraq bu oyun kriptovalyutalar bazarının vəziyyətini əks etdirir. Kim tez alsa, daha baha qiymətə satacaq. Bu proses köpüyün partlayacağı vaxta kimi davam edəcək. Bununla yanaşı CryptoKitties pişikləri desentrəlizə olunmuş sistem sayəsində Ethereum şəbəkəsində sonsuzadək var olacaqlar. Bu oyun “AxiaomZen” şirkətinin proqramçıları tərəfindən yaradılmış 5 smart müqavilə əsasında çalışır.


İstifadəçilər öz Ethereum ünvanları vasitəsilə oyunla qarşılıqlı əlaqədə olurlar. Bunu etməyin ən sadə yolu Chrome MetaMask adlı extentions-dan istifadə etməkdir. Beləliklə siz Ethereum-la birbaşa öz brauzerinizdə çalışa biləcəksiniz. Bütün növbəti əməliyyatlar isə CryptoKitties saytında reallaşdırılır. Bu sayt faktiki olaraq pişiklərin alınması, satılması və yetişdirilməsi üçün nəzərdə tutulmuş smart müqavilələr ilə qarşılıqlı əlaqə interfeysidir.