Yüksək kütləyə və sıxlığa sahib yeni ekzoplanet kəşf edilib

Yüksək kütləyə və sıxlığa sahib yeni ekzoplanet kəşf edilib

Süni zəka və Elm
04.09.2023 PAYLAŞIM

    Astronomlar Yer kürəsindən 535 işıq ili uzaqlığında yerləşən narıncı cırtdan (ulduz növü) ətrafında dövr edən TOI-1853 b adlı yeni ekzoplaneti kəşf ediblər. Kəşf edilmiş bu yeni ekzoplanetin əsas fərqləndirici tərəfi ondadır ki, o, yüksək sıxlığı sahibdir və çox ağırdır. Sözügedən ekzoplanetin ölçüsü Neptunun ölçüsünə bərabərdir. Lakin onun kütləsi Neptunun kütləsindən 4.3 dəfə böyükdür. Aparılmış hesablamalara əsasən TOI-1853 b-nin kütləsi hər kub sm-ə 9.7 qramm təşkil edir. Bu isə eyni ölçüdə olan digər planetlərin sıxlıqlarından daha yüksəkdir. Bu o deməkdir ki, bu yeni ekzoplanet Merkuri, Venera, Yer kürəsi Mars kimi əsasən daşdan təşkil edilib.

    Alimlər bu cür ölçüyə sahib planet üçün anomal kütlənin mənbəyini anlamaq istiqamətində kompüter modelləşdirməsindən istifadə ediblər. Aparılmış analiz onu göstərib ki, TOI-1853 b bir neçə nəhəng kosmik obyektin toqquşması nəticəsində formalaşıb. Ekzoplanetin sahib olmuş olduğu yüngül atmosfer ilə suyun bir hissəsi toqquşma nəticəsində buxarlanıb. Bu planetdə həyat növünün formalaşması mümkündürmü? Çox güman ki, xeyr. Sözügedən ekzoplanet Yer kürəsi və Günəş arasındakı məsafə ilə müqayisədə öz ulduzuna 50 dəfə daha yaxın yerləşir. O öz ulduzu ətrafında tam dövrü 30 saata reallaşdırır və onun səthindəki temperatur göstəricisi 1200 dərəcə Selsi təşkil edir. 




DAHA ÇOX


OPPO-nun süni zəka alqoritmi GPT-4 ilə eyni səviyyədə rəqabət aparır

Süni zəka dedikdə ilk növbədə ağıla Google, Microsoft, Meta, NVIDIA. OpenAI kimi şirkətlər gəlir...


Hidrogen yanacaq və CO2-nin atmosferdən yığılması qlobal istiliyin qarşısını ala..

Beynəlxalq Energetika Agentliyi (IEA) 2050-ci ilə kimi karbon neytrallığının əldə edilməsi üçün yeni..


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..

×