main-post-cover

    Yeni neyron şəbəkəsi istifadəçinin mətn sorğusu əsasında müxtəlif təsvirlər yaratmağı öyrənib

    Süni İntellekt
    07.01.2021
    Emil Nəcəfov
        OpenAI qeyri kommersiya təşkilatının tərtibatçıları DALL-E adlı neyron şəbəkəsi əsasında hazırlanmış yeni alqoritmi təqdim ediblər. Mütəxəssislər artıq bu alqoritmi 2021-ci ilin ən innovasiyalı məhsulu adlandırırlar. Təqdim olunmuş yeni alqoritmin əsas özəlliyi isə ondan ibarətdir ki, o, istifadəçinin mətn formatında olan sorğusu əsasında müxtəlif növ təsvirləri generasiya edir. Beləliklə sözügedən alqoritm yüksək realistikliyə sahib orijinal təsvirləri yarada bilir. Bu barədə 4pda saytı xəbər verib. Məsələn, sözügedən alqoritmə ilbiz formasında arfanın və ya qarğıdalı ilə kökdən dronun yaradılması sorğusunu göndərmək olar.
        Cavab olaraq isə neyron şəbəkəsi istifadəçinin sorğusuna əsasən yaradılmış təsviri təqdim edəcək. Bu halda istifadəçi tərəfindən istənilən təsvirdəki əşyanın reallıqda mövcud olub-olmaması alqoritmə maraqlı deyil. Tərtibatçılar bildiriblər ki, neyron şəbəkənin təlimatlandırılmasında internetdən götürülmüş 400 milyon cüt mətn-təsvir data setindən istifadə olunub. DALL-E-nin heyrətləndirici nəticələr sərgiləməsinə baxmayaraq tərtibatçılar onu open source kimi paylaşmağa tələsmirlər. Onların fikirlərinə əsasən neyron şəbəkənin təkmilləşdirilmiş generasiya modelləri cəmiyyətə güclü təsir göstərə, birmənalı olmayan sosial və iqtisadi nəticələrə səbəb ola bilər.
    Linki kopyala