main-post-cover

    Yadplanetli həyat növünün axtarışı üçün yeni layihə reallaşdırılır

    Süni İntellekt
    06.03.2023
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Vaşinqtonda keçirilmiş Amerika Elmin İnkişafı Assosiasiyası (AAAS) adlı yığıncaqda dünyanın bir neçə aparıcı institutunun alimləri yeni təşəbbüsün işə salındığını elan ediblər. İşə salınmış təşəbbüs çərçivəsində Yer kürəsindəki həyatın formalaşması tədqiq olunacaq və eyni proseslərin kainatın digər yerlərində axtarılması reallaşdırılacaq. Sözügedən layihədə Kembric, HarvardÇikaqo Universitetlərinin təmsilçiləri iştirak edəcəklər. “Mən düşünürəm ki, həyat kainatın fizika qanunlarına yerləşdirilib” - deyə isveçrəli astronom Didier Queloz qeyd edib.
        Qeyd etmək lazımdır ki, Didier Queloz sözügedən layihənin rəhbəri seçilib. Həmçinin o, 1995-ci ildə ilk ekzoplanetin kəşf edilməsində iştirak etmiş astronomlardan biri olub. Məlumata əsasən yeni layihənin iştirakçıları Mars Yupiterə planlaşdırılan yeni planetlərarası missiyaların məlumatlarını analizlərini apararaq və James Webb kimi kosmik teleskoplardan istifadə edərək yadplanetli həyat növünün mövcud olma izlərini axtaracaqlar. Alimlərin yekun məqsədləri digər planetlərdə istənilən növ həyat formasının tapılmasıdır. Bakteriyalardan tutmuş inkişaf etmiş sivilizasiyalara qədər. Əlavə olaraq Yer kürəsində həyatın formalaşma prosesləri də tədqiq olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər