Veneranın atmosferində mikroorqanizmlərin mövcudluğuna işarə edən daha bir sübut aşkar edilib

Veneranın atmosferində mikroorqanizmlərin mövcudluğuna işarə edən daha bir sübut aşkar edilib

Süni zəka və Elm
19.10.2020 PAYLAŞIM

    Bir ay bundan öncə Venera planetinin atmosferinin tədqiqat nəticələri təqdim olunmuşdu. Həmin nəticələrdə qeyd olunmuşdu ki, sözügedən planetin atmosferində nadir fosfin qazı aşkar edilib. Bu isə planetdə canlı orqanizmlərin olduğuna işarə edir. Bir neçə müddət bundan öncə isə alimlər daha bir tədqiqat aparıblar. Aparılmış yeni tədqiqat çərçivəsində daha bir kimyəvi element aşkar edilib və o da Venera planetində canlı orqanizmlərin olduğuna işarə edir. Bu barədə 4pda saytı xəbər verib. Belə ki, alimlər spektroskopiya vasitəsilə Venera planetinin atmosferində aminosirkə turşusunu (qlisin) aşkar ediblər.

    Bu sadə amino turşu Yer kürəsində yaranmış ilk orqanik molekullardan biri olub. Aminosirkə turşusu öz növbəsində zülalın və digər bioloji birləşmələrin ifrazına şərait yaradır. Alimlər qeyd ediblər ki, bu kəşf Venera planetinin atmosferində ilkin həyat formalarının mövcudluğuna işarə edir. Güman olunur ki, planetin atmosferindəki həyat şəraiti planetin səthində olan sərt mühitdən çox fərqlənir. Buna görə də planetin atmosferində mikroorqanizmlər ola bilərlər. Nəzəriyyəyə əsasən həmin mikroorqanizmlər hal hazırda Yer kürəsinin milyardlarla il öncə keçdiyi bioloji prosesdən keçirlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk ilk insanların Mars səthinə nə zaman ayaq basacaqlarından danışıb (VİD..

İnsanın Marsa göndərilməsi bəlkə də Elon Musk-ın ən iddialı layihəsidir. Onun fikrincə Mars gələcəkd..


Alimlər koronavirusun insan beyninə necə daxil olduğunu öyrəniblər

Alimlər aşkar ediblər ki, beyinə daxil olmaq üçün koronavirus burnun selikli qişasının hüceyrələrind..


Bu ayın sonunda insanlar çox nadir kosmik hadisəni müşahidə edə biləcəklər (VİDE..

Yeni il bayramından öncə ulduzlu səmanı seyr etməyi sevən insanlar çox nadir kosmik hadisəni müşahid..


Yer kürəsi yüksək kütləli qara dəliyə əvvəllər düşünüldüyündən daha yaxındır..

Süd Yolu qalaktikasının mərkəzində Oxatan A (Sagittarius A) adlı yüksək kütləli qara dəlik yerləşir...


Alimlər insan beyni ilə kainat arasındakı oxşarlıqları aşkar ediblər

Texnologiyaların inkişafına baxmayaraq insan beyni özündə bir çox sirri birləşdirir və müasir elm in..


Alimlər kainatda olan işığın yarısının mənbəyinin hardan olduğunu aşkar edə bilm..

Son onilliklər ərzində güclü teleskoplar və inkişaf etmiş texnologiyalar sayəsində insan sivilizasiy..

×