Veneranın atmosferində mikroorqanizmlərin mövcudluğuna işarə edən daha bir sübut aşkar edilib
Süni İntellekt
19.10.2020
Farid Pardashunas
Bir ay bundan öncə Venera planetinin atmosferinin tədqiqat nəticələri təqdim olunmuşdu. Həmin nəticələrdə qeyd olunmuşdu ki, sözügedən planetin atmosferində nadir fosfin qazı aşkar edilib. Bu isə planetdə canlı orqanizmlərin olduğuna işarə edir. Bir neçə müddət bundan öncə isə alimlər daha bir tədqiqat aparıblar. Aparılmış yeni tədqiqat çərçivəsində daha bir kimyəvi element aşkar edilib və o da Venera planetində canlı orqanizmlərin olduğuna işarə edir. Bu barədə 4pda saytı xəbər verib. Belə ki, alimlər spektroskopiya vasitəsilə Venera planetinin atmosferində aminosirkə turşusunu (qlisin) aşkar ediblər.
Bu sadə amino turşu Yer kürəsində yaranmış ilk orqanik molekullardan biri olub. Aminosirkə turşusu öz növbəsində zülalın və digər bioloji birləşmələrin ifrazına şərait yaradır. Alimlər qeyd ediblər ki, bu kəşf Venera planetinin atmosferində ilkin həyat formalarının mövcudluğuna işarə edir. Güman olunur ki, planetin atmosferindəki həyat şəraiti planetin səthində olan sərt mühitdən çox fərqlənir. Buna görə də planetin atmosferində mikroorqanizmlər ola bilərlər. Nəzəriyyəyə əsasən həmin mikroorqanizmlər hal hazırda Yer kürəsinin milyardlarla il öncə keçdiyi bioloji prosesdən keçirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)