main-post-cover

    Tədqiqatçılardan biri Yer kürəsində həyatın yaranma ehtimalını hesablayıb (VİDEO)

    Süni İntellekt
    04.01.2021
    Farid Pardashunas
        Alimlərin sözlərinə əsasən Yer kürəsində həyat təqribən 4 milyard il bundan öncə yaranıb. Bu məsələdə müxtəlif rəqəmlər və buz dövrü, meteoritlərlə toqquşma, canlıların irimiqyaslı məhv olmaları kimi proseslərdən sonra həyatın yer kürəsinə necə qayıtması mövzusunda mübahisələr səngimək bilmir. Ola bilsin bu suala Yer kürəsi üzrə mütəxəssis cavab tapa bilib. Belə ki, o, irimiqyaslı kompüter simulyasiyasını reallaşdıraraq 100.000 dünya üçün həyatın yaranma ehtimalını hesablayıb. Bu barədə 4pda saytı xəbər verib.
        Bu cür qəliz suala cavab tapmaq üçün Sauthempton Universitetinin professoru Tobi Tyrrell 100.000 ədəd dünya üçün kompüter simulyasiyası reallaşdırıb. Reallaşdırılmış kompüter simulyasiyası çərçivəsində alqoritm 3 milyard il ərzində temperaturu, iqlim dəyişikliklərini və təkamülü generasiya edib. Sözügedən simulyasiya universitetdə yerləşən Iridis adlı superkompüterdə reallaşdırılıb. Təcrübənin etibarlılığı üçün hər bir dünyanın təkamülü müxtlif təsadüfi hadisələr əsasında 100 dəfə modelləşdirilib.

    Məlum olub ki, 100.000 planetdən yalnız 1-i hər 100 modelləşdirmədə həyatın daimi mövcudluğunu qoruyub saxlaya bilib.

        Planetlərdən 9%-i (8710 planet) modelləşdirmənin bir çox halında həyat şəraitini saxlaya bilib. 8000 planet isə təsadüfi hadisələrin yalnız yarı sayında uğura imza ata bilib. Bütün bu təcrübə professorda belə bir sadə fikir yaradıb: Yaşadığımız Yer kürəsinin sadəcə olaraq bəxti gətirib. Onun fikrincə asteroid daha böyük ola və ya Yer kürəsi ilə digər bir zamanda toqquşa bilərdi. Ümumi olaraq isə o əmindir ki, həyatın məhz Yer kürəsində yaranması və onun milyardlarla il ərzində qorunub saxlanması böyük bəxtəvərlikdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər