main-post-cover

    Superkompüter insan sivilizasiyasının tənəzzülünün hansı ildə baş verəcəyini proqnozlaşdırıb

    Süni İntellekt
    11.11.2022
    Farid Pardashunas
        Sivilizasiyanın inkişaf variantlarını hesablayan World One adlı superkompüter insan sivilizasiyasının məhv olacağı ili təyin edib. Hesablamalar üçün nəzərdə tutulmuş sözügedən superkompüter hələ 1970-ci illərdə Roma klubu adlı beynəlxalq ictimai təşkilatın sifarişi ilə hazırlanıb. Sözügedən təşkilat özündə dünyanın siyasi, maliyyə, incəsənət və elm elitasını birləşdirir. Beləliklə World One superkompüterinin hesablamasına əsasən müasir sivilizasiyanın tənəzzülü 2050-ci ildə baş verəcək.
        İnsanlar ətraf mühiti məhv edərək özlərinə bu cür sürətli final hazırlayıblar. Superkompüter tərəfindən edilmiş proqnoza əsasən 2040-cı ildən 2050-ci ilə kimi sivil həyat öz mövcudluğunu sona çatdıracaq. Bununla belə planetə nə ekoloji təmiz avtomobillər nə də başqa bir şey kömək ola bilməyəcək. Hələ 50 il bundan öncə Roma klubunun mütəxəssisləri hesablamışdılar ki, əgər insanlar ekoloji ətraf mühitə fikir vermədən istehlak və istehsal ilə məşğul olmağa davam etsələr, onlar qida məhsulları ilə həyat keyfiyyətinin ani düşüşünü yaşayacaqlar. Həmin vaxtda da mütəxəssislər məhz 2050-ci ili proqnozlaşdırmışdılar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər