main-post-cover

    Süni Zəka vasitəsilə Napoleon Bonapart-ın əsl görüntüsü hazırlandı

    Süni İntellekt
    06.06.2020
    Nijat Hamid
            Fransanın ən tanınmış imperatoru olan Napoleon Bonapart-ın əsl görüntüsü Süni Zəka vasitəsilə yenidən yaradıldı. Hollandiyalı fotoqraf olan Bas Uterwijk, imperator Napoleon-un çəkilmiş bütün şəkillərini bir araya toplayaraq təkrar işlədi. Bu prosesdə ona Süni Zəka kömək oldu. Yaşadağı dövrdə Jacques Louis-David, Horace Vernet və Vasiliy Vereşagin kimi məşhur rəssamlar tərəfindən portreti hazırlanan Napoleon-un bu səfər şəkli Süni Zəka ilə tamamlandı.

    1804-1814 illəri arasında hakimiyyətdə olan Napoleon Avropanın ən böyük sərkərdələrindən biri hesab edilirdi.

            “Ganbrood” ləqəbli Hollandiyalı fotoqraf tərəfindən hazırlanan bu şəkil Art Breeder ilə müxtəlif portretlərindən əldə edildi. Fotoqrafın dediklərinə görə şəklin hazırlanması zamanı Napoleon-un üst geyimi rəssam Jacques-Louis David tərəfindən hazırlanan tablodan götürülüb. Nəticəyə baxdığımız zaman isə demək olar ki, Süni Zəkanın işi mükəmmələ yaxındır. Lakin Uterwijk-in dediyinə görə Süni Zəka texnologiyalarının biraz daha təkmilləşməsinə ehtiyac var. O zaman ən mükəmməl görüntüləri əldə etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər