main-post-cover

    Süni zəka məşhur rəssamların rəsm çəkmə tərzlərini kopyalamağı öyrənib (VİDEO)

    Süni İntellekt
    20.06.2020
    Emil Nəcəfov
        Sənətşünasların fikirlərinə əsasən hər bir istedadlı rəssam özünün unikal rəsm çəkmə tərzinə sahibdir. Yaradılmış yeni neyron şəbəkəsi isə məşhur müəlliflərin rəsm əsərlərini yaratmaqla yanaşı bunu həmin rəsm əsərlərinin çəkilmə ardıcıllığı ilə reallaşdırmağı da bacarır. Bu barədə Engadget saytı xəbər verib. Timecraft adlı machine learning sistemi Massaçusets Texnoloji İnstitutunun süni zəka laboratoriyasının (MIT CSAIL) proqramçıları tərəfindən yaradılıb.
        Tədqiqatçılar yaradılmış bu süni zəkaya ümumi xronometrajı 200 saat olan video sərgiləyiblər. Həmin videoda rəqəmsal və akvarel rəsmlərin çəkilmə prosesləri slow-mo rejimdə əks olunublar. Daha sonra əldə olunmuş məlumatlar əsasında rəsm əsərlərini çəkə bilən neyron şəbəkəsi yaradılıb. 90% ehtimalda bu süni zəka sistemi tapşırığın öhdəsinən hal hazırda mövcud olan analoqlardan daha yaxşı gəlir.
        Bununla yanaşı təcrübə zamanı sözügedən süni zəka sistemi insanları da aldatmağı bacarıb. Belə ki, insanlar elə hesab edirdilər ki, onların qarşısında olan rəsm əsərləri insan tərəfindən çəkilib. Halbuki həmin rəsm əsərləri bu süni zəka sistemi tərəfindən yaradılıb. Hazırki mərhələdə süni zəka yalnız video vasitəsilə öyrənilmiş rəsm əsərlərinin yüksək səviyyədə kopyalarını yarada bilir. Proqramçıların fikirlərinə əsasən bu süni zəka sistemindən rəsm çəkmə tarixinin təlimçisi kimi istifadə etmək olar. 
    Linki kopyala