main-post-cover

    Süni zəka əsaslı ChatGPT çat-botu ABŞ-dakı radiostansiyalardan birinin rəhbəri təyin edilib

    Süni İntellekt
    05.03.2023
    Farid Pardashunas
        ABŞ-ın Ohayo ştatının Klivlend şəhərindən olan Futuri adlı media şirkət maraqlı bir təcrübə keçirtmək qərarına gəlib. Belə ki, şirkət süni zəka əsasən ChatGPT çat-botunu radiostansiyanın rəhbəri təyin edib. 24 saat ərzində çalışan radiostansiya RadioGPT adını əldə edib. ChatGPT öz növbəsində Facebook, Instagram, Twitter və xəbərlər ilə müxtəlif məlumatları əks etdirən 250 000 ədəd digər mənbəni skan edərək trenddə olan mövzuları təyin edir. RadioGPT, TopicPulse adlı texnologiyadan istifadə edir.
        Bu texnologiya məşhur sosial şəbəkələrin skan olunması üçün nəzərdə tutulub. Daha sonra çat-bot skan edilmiş məlumatlar əsasında radiostansiya efirində istifadə ediləcək ssenarini tərtib edir. Tərtib edilmiş ssenari mətni isə öz növbəsində digər süni zəka sistemi vasitəsilə immersiv nitqə çevrilir. Bu üsul ilə bir və ya bir neçə aparıcının səsi səslənə bilər. Süni zəka sistemi lazım gəldikdə hətta tarixi şəxsiyyətlərin səslərini də imitasiya edə bilər. RadioGPT həmçinin sosial şəbəkələrdə postlar hazırlaya və real zaman ərzində canlı efirlər üçün nəzərdə tutulmuş kontentlərlə bağlı olan rəqəmsal platformalar üçün bloqlar və müxtəif növ kontentlər tərtib edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər