main-post-cover

    Suda üzməyi bacaran mini robotlar digər planetlərdə həyat növünün axtarışı ilə məşğul olacaqlar

    Süni İntellekt
    03.07.2022
    Farid Pardashunas
        NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasının mühəndisi və robotlar üzrə mütəxəssisi olan Ethan Schaler kiçik ölçülü robotlar konsepsiyasını yaradıb. Konsepsiyaya əsasən həmin robotlar qrup şəklində çalışaraq müasir tədqiqat aparatlarından fərqli olaraq Günəş sistemi planetlərinin peyklərindəki yeraltı okeanlarını daha yaxşı araşdıra biləcəklər. Suda üzən mini robotların yaradılması layihəsi üçün Schaler artıq 600.000$ dəyərində qrant əldə edib. O hesab edir ki, onun yaradacağı kiçik ölçülü robotlar qrupu yeraltı okeanların tədqiqatı və potensial həyat növünün axtarılması üçün effektiv üsul olacaq. Sözügedən robotlar əsasən Yupiterin Avropa, Saturnun isə Enselad adlı peyklərində potensial mövcud olan yeraltı okeanların tərkiblərini və mümkün həyat növü üçün lazım olan şərtlərini analiz edə biləcəklər.
        “Mənim konsepsiyam hələ ki, NASA-nın heç bir rəsmi missiyasına daxil edilməyib. Lakin mənim çalışan prototip yaratmağım üçün 2 il zamanım var. Hesab edirəm ki, suda üzməyi bacaran bu cür kiçik robotlardan ibarət qrup böyük həcmdə okean sularını araşdıra və bir aparatdan daha çox məlumat yığa bilər’ - deyə Schaler qeyd edib. Schaler-in hazırladığı bu kiçik robotlar SWIM adını əldə ediblər. Sözügedən robotlar 12 sm uzunluğa və 60-75 kub sm həcmə sahib olacaqlar. İlkin konsepsiyaya əsasən 40 ədəd robot xüsusi aparatın daxilinə yerləşdiriləcək. Həmin aparat isə buzlaqlardan ibarət səthdən keçib yeraltı okeana çatandan sonra həmin robotları suya buraxacaq. Robotlar xüsusi aparatın yalnız 15% sahəsini tutacaqlar. Bu isə o deməkdir ki, robotları təyinat nöqtəsinə çatdıracaq aparatda əlavə elmi təchizatlar mövcud ola bilər.
        Həmin alətlər sayəsində aparat bu və ya digər peykin buz örtüyünü və yeraltı okeanının yuxarı layını araşdıra bilər. Mini robotlar tərəfindən əldə ediləcək bütün məlumatlar ilk növbədə həmin xüsusi aparata, daha sonra həmin aparatdan peyk səthində yerləşən eniş moduluna və sonda eniş modulundan Yer kürəsinə göndəriləcək. Schaler-in sözlərinə əsasən hər bir mini robot öz mühərrikinə, kiçik kompüterinə, əlaqə üçün nəzərdə tutulmuş təchizatına və okeanların temperaturlarını, təzyiqlərini, turşuluq və duz səviyyələrini ölçmək üçün xüsusi sensorlara sahib olacaq. Ən əsası isə həmin robotların gövdələrində potensial həyat növünün təyin edilməsi üçün nəzərdə tutuluş sensor da mövcud olacaq. NASA-nın, Yupiterin peyki olan Avropaya reallaşdırılacaq ən yaxın missiyası Europa Clipper adlı kosmik aparatın uçuşu olacaq. Onun uçuşu 2024-cü ilə planlaşdırılır. Bunun baş verəcəyi halda artıq 2030-cu ildə kosmik aparat Avropa peykinə çatacaq və onu daha detallı şəkildə araşdıra biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər