main-post-cover

    Süd Yolu qalaktikasının ən böyük ulduzu öz həyat dövrünün sonuna yaxınlaşır

    Süni İntellekt
    27.06.2022
    Farid Pardashunas
        VY Canis Majoris adlı qırmızı hipernəhəng ulduz Yer kürəsindən 3900 işıq ili uzaqlığında Böyük Köpək bürcündə yerləşir. Bu, Süd Yolu qalaktikasının ən böyük və parlaq udluzlarından biridir. Lakin alimlərin fikirlərinə əsasən VY Canis Majoris bizim qalaktikamızın ən böyük ulduzudur. Sözügedən ulduzun özəllikləri alimlər arasında mübahisələrə səbəb olsa da, onlar yeni tədqiqat çərçivəsində bu hipernəhəng ulduzun həyat dövrünün sonunun necə olacağını öyrənmək üçün kompüter modelləşdirməsi yaradıblar. Bu üsul ilə onlar bu ulduzun sonda qara dəliyə çevriləcəyini və ya supernova partlayışına səbəb olacağını aydınlaşdırmağa çalışırlar. Sözügedən ulduz alimlərin diqqət mərkəzləri altındadır. Belə ki, VY Canis Majoris ləng şəkildə öz həyat dövrünün sonuna yaxınlaşır. VY Canis Majoris-in nəhəng ulduz olduğu məlum olsa da, onun dəqiq ölçüsü barəsində məlumat yoxdur. Güman olunur ki, onun diametri 10-15 AV (Astronomik Vahid / 1 AV = 149.597.870 km) təşkil edir.

    Əgər bu ulduz bizim Günəş sistemimizin mərkəzində yerləşsəydi, onun ölçüsü Saturn və Uran planetlərinin orbitləri arasındakı məsafəyə kimi çatardı.

    VY Canis Majoris ilə bizim Günəş arasındakı ölçü fərqi:

        Qeyd etmək lazımdır ki, Saturn Günəşdən 9.5 AV məsafədə, Uran isə 19 AV məsafədə yerləşir. Alimlər güman edirlər ki, bu qırmızı hipernəhəng çox aşağı sıxlığa sahibdir. Bu səbəbdən də nəhəng ölçüyə sahib olmasına baxmayaraq onun kütləsi 17-25 Günəş kütləsinə bərabərdir. Alimlər qırmızı hipernəhənglərin necə məhv olduqları barəsində yekun fikrə sahib deyillər. Bu mövzu ətrafında olan bəzi nəzəriyyələrə əsasən bu cür ulduzlar öz həyat dövrlərinin sonunda supernova partlayışına səbəb olurlar. Lakin amerikalı alimlərin tədqiqatları onu göstəriblər ki, bu cür nəhəng ulduzun ölçüsünə uyğun olacaq supernova qalıqlarına hələ rast gəlinməyib. Alimlərin yeni nəzəriyyələrinə əsasən bu cür ulduzlar yekunda qara dəliyə çevrilirlər.

    Bununla belə bu cür qara dəlikləri supernova qalıqları ilə müqayisədə aşkar etmək daha qəlizdir. Buna görə də alimlər VY Canis Majoris-in kompüter modelləşdirməsini yaradıblar.

        Bu üsul ilə onlar öz müşahidələrini təsdiqləmək və bu ulduzun sonunun necə olacağını proqnozlaşdırmaq istəyirlər. ALMA teleskopu vasitəsilə mütəxəssislər müşahidə ediblər ki, sözügedən qırmızı hipernəhəng öz maddəsinin xarici layını itirir. Bu isə o deməkdir ki, o öz məhvinə səbəb olacaq prosesə artıq start verib. Yeni məlumatlara əsasən VY Canis Majoris kosmosa nəhəng miqyasda maddə ifraz edir. İfraz edilən maddənin ölçüsü Günəş tərəfindən ifraz edilən plazmaların ölçülərindən milyardlarla dəfə böyükdür. Alimlər təyin ediblər ki, qırmızı hipernəhəng tərəfindən ifraz edilən maddə kükürd dioksiddən, silisium dioksiddən natrium xlordan ibarətdir. Mütəxəssislər bildiriblər, onlar kompüter modelləşdirilməsinin yekunlaşdırılması üçün hələ lazımi qədər məlumata sahib deyillər. Lakin onlar ümid edirlər ki, yaxın zamanda bu prosesi yekunlaşdırmaq mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər