main-post-cover

    Şotlandiyada yerləşən xəstəxana kriptovalyuta asılılığına sahib insanları müalicə edir

    Süni İntellekt
    11.10.2021
    Emil Nəcəfov
        Şotlandiyada artıq 3 ildir ki, Castle Craig adlı xəstəxanada kriptovalyuta asılılığına sahib insanların müalicəsi reallaşdırılır. Sözügedən xəstəxananın təmsilçilərinin məlumatlarına əsasən son 1 ildə bu məsələ ilə bağlı müraciətlərin sayı 10 dəfə artıb. Castle Craig xəstəxanasının terapevti Tony Marini-nin sözlərinə əsasən kriptovalyutaların ticarəti çox ciddi asılılıq yaradır və bu asılılıq narkotik preparatlardan olan asılılıqdan çox az fərqlənir. Bununla belə bu məsələ ilə bağlı müraciət edən şəxslərin daha əvvəllər narkotik və alkoqol asılılıqları olduqları üçün vəziyyət daha da ciddi olur. Müətəxəssislər kriptovalyuta asılılığından müalicə üçün müraciət edən şəxslərin saylarının 10 dəfə artdığını müşahidə edirlər.
        Xəstəxana təmsilçiləri bildiriblər ki, maliyyə rifahının itirilməsi kriptovalyutadan asılı olan şəxslərdə intihar fikirlərini yaradır. Onlardan bəziləri sadəcə olaraq darknetdə leqal olmayan nəyisə almaqla başlayıblar. Bu onların xoşlarına gəlirdi. Lakin zamanla asılılıq daha ciddi xarakter almağa başladı. İndi isə həmin şəxslərdən çoxuna psixoloji kömək lazımdır.  Xəstəxanada müalicə alan şəxslər həftədə yalnız 2 saat ərzində smartfondan istifadə edə bilərlər. Bundan əlavə olaraq onlar kofe içə və siqaret çəkə bilərlər. Maraqlısı ondadır ki, pasientlərdən bəziləri artıq 2 aydan çoxdur ki, Castle Craig-də müalicə alırlar.
    Linki kopyala