main-post-cover

    Saturnun peykində həyat növünün mövcudluğuna işarə edən iz aşkar edilib

    Süni İntellekt
    12.07.2021
    Farid Pardashunas
        Cassini-Huygens adlı planetlərarası avtomatik stansiya gözlənilməz kəşf edib. Belə ki, kosmik stansiya Saturn planetinin Enkelad adlı peyki ətrafında plan üzrə dövr edən zaman peykdə canlı orqanizmlərin mövcudluqlarına işarə edə biləcək bir maddənin çoxlu miqdarda olmasını aşkar edib. Alimlər güman edirlər ki, digər planetlərdə həyat növünün mövcud olmasının əsas əlamətlərindən biri də həmin planetlərdə müəyyən qazların aşkar edilməsidir. Söhbət əsasən metandan gedir. Sözügedən qaz adətən bakteriyaların fəaliyyətləri nəticəsində yaranır. Buna görə də bu, alimlər arasındakı müzakirələr ilə ehtimalların əsas səbəblərindən biridir. Cassini-Huygens stansiyası aşkar edib ki, Enkeladın səthində metan qazı ilə zəngin püskürmələr baş verir.
        Məlumdur ki, Enkelad səthinin altında okean mövcuddur. Alimlərin fikirlərinə əsasən məhz həmin okeanda metan qazının ifrazına səbəb olan bakteriyalar yaşayırlar. Lakin bu hadisənin digər açıqlaması da var. Belə ki, metan qazı ilkin orqanik maddənin kimyəvi parçalanması səbəbilə də yarana bilər. Həmin orqanik maddə isə Enkeladın nüvəsində yerləşir və geotermal proseslər nəticəsində metan ilə CO2-yə çevrilə bilər. Bu cür kəşfdən sonra alimlər riyazi hesablamalar aparıblar. Onlar metanın bu cür yüksək miqdarda olmasının bakteriyaların fəaliyyətləri ilə əlaqəli olub-olmadığını yoxlamaq istəyiblər. Beləliklə onlar belə bir nəticəyə gəliblər ki, insanlara məlum olan bakteriyalar bu cür hadisənin səbəbkarı ola bilməzlər. Lakin Enkeladda həyat növünün mövcud olma ehtimalı hələ də aktual olaraq qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər