main-post-cover

    Samsung süni zəka əsaslı çat-botunu hazırlamağa başlayıb

    Süni İntellekt
    09.06.2023
    Emil Nəcəfov
        Son aylar ərzində generativ süni zəka sistemlərinin və onların əsasında çalışan çat-botların istifadəçilər arasında məşhurlaşması səbəbilə böyük texnoloji şirkətlərin əksəriyyəti bu cür fərdi məhsula sahib olmaq istəyir. Samsung da bu məsələdə istisna şirkət deyil. Verilmiş yeni məlumata əsasən şirkət bu istiqamətdə özünün süni zəka əsaslı generativ dil modelini hazırlamağa başlayıb. Məlumatda qeyd edilib ki, Samsung bu layihəyə bu ay start verib. Lakin bu, şirkətin süni zəka əsaslı çat-botunun yalnız bir neçə ildən sonra istifadəyə veriləcəyi demək deyil.
        Son zamanlarda istifadəyə verilən bu cür sistemlər onu göstəriblər ki, onların hazırlanması üçün nisbətən daha az zamana ehtiyac duyulur. Samsung layihəni 2 aya reallaşdırmağı hədəfləyib. Bununla belə şirkət öz süni zəka əsaslı sistemini adi istifadəçilər üçün təqdim edib-etməyəcəyinə hələ qərar verməyib. İlk növbədə Samsung sistemdən şirkət daxili iş prosesində özü istifadə edəcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Samsung ChatGPT-dən istifadə məsələsində OpenAI ilə danışıqlar aparırdı. Lakin görünür, şirkət nəticədə öz məhsulunu hazırlamaq qərarına gəlib.
    Linki kopyala