main-post-cover

    Perseverance aparatı Marsda mikrob formalı həyat növünün axtarışına start verib

    Süni İntellekt
    11.06.2021
    Farid Pardashunas
        NASA agentliyi Perseverance missiyasının əsas hissəsinə start verib. Belə ki, Perseverance aparatı kraterin dərinliyini incələyərək Marsda mikrob şəklində həyat növünün nə vaxtsa olub-olmadığını təyin etməyə çalışacaq. Beləliklə Perseverance aparatı öz missiyasının əsas hissəsinə başlayıb. O, Jezero adlı kraterdə mikrob şəklində olan qədim həyat növünün axtarışını aparacaq. Qeyd etmək lazımdır ki, Mars planetinin səthinə eniş edəndən sonra aparat ilk növbədə sistem testlərindən keçib və Ingenuity dron aparatının uçuş missiyalarında dəstəkci rolunda çıxış edib.
        Bununla belə NASA mütəxəssisləri qeyd ediblər ki, Ingenuity aparatı uçuş missiyalarının öhdəsindən avtomatik şəkildə gələ bilir. Belə ki, bu dron aparatı artıq 7 uçuş missiyası reallaşdırıb. Perseverance isə öz növbəsində artıq geniş miqyaslı məşqlərdən keçib və həmin məşqlər çərçivəsində öz elmi alətlərinin testlərini aparıb. Bundan əlavə olaraq sözügedən aparat Mars planetinin səthində minlərlə foto çəkib və səslər yazıb. Növbəti mərhələdə Perseveranca aparatı Jezero adlı kraterin dib hissəsində çalışacaq.
        O, torpaq və süxur nümunələrinin axtarışı ilə məşğul olacaq. Həmin nümunələrin tapılmasından sonra isə aparat onları kiçik nazik borulara daxil edəcək və həmin boruları öz daxilindəki xüsusi bölməyə yerləşdirəcək ki, növbəti missiyalardan biri həmin nümunələri götürə bilsin. Aparat qayalı qrunt yerlərdən və potensial təhlükə mənbəyi olan qum təpələrindən keçməli olacaq. Jezero krateri milyardlarla il bundan öncə mövcud olmuş gölün dib hissəsi rolunda çıxış edib. Bu missiya Perseverance aparatının Mars planetinə eniş nöqtəsinə geri qayıdışı ilə yekunlaşacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər