main-post-cover

    Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli aparat statusunu əldə edib

    Süni İntellekt
    02.05.2021
    Emil Nəcəfov
        NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib. Belə ki, sözügedən aparat indiyənə kimi Günəşə ən yaxın məsafədə yaxınlaşmış aparat olmaqla yanaşı insanlıq tərəfindən kosmosa göndərilmiş ən sürətli aparat olub. 2018-ci ildə kosmosa göndərilmiş Parker Solar Probe aparatı Günəşin müşahidə edilməsi üçün nəzərdə tutulub. O öz müşahidə prosesini hər dəfə Günəşə daha yaxın məsafədə yaxınlaşaraq reallaşdırır. Öz konstruksiyası hesabına aparat Günəş şüalanmasını əks etdirə bilir. Bunun sayəsində o indiyənə kimi öz missiyasını uğurla davam etdirir.
        2020-ci ilin əvvəlində o, bir neçə rekorda imza atmışdı. Belə ki, kosmik aparat saatda 393.044 km sürət yığmış və Günəşə 18.6 milyon km məsafədə yaxınlaşmışdı. İndi isə sözügedən aparat öz rekordlarını yeniləyib. Belə ki, yeni məlumatlara əsasən aparat saatda 532.000 km sürət yığa bilib və Günəşə 10.4 milyon km məsafədə yaxınlaşa bilib. Öz sürətini artırmaq üçün aparat Venera planetindən istifadə edir. Belə ki, Veneranın qravitasiya gücü aparatın sürətlənməsinə imkan verir. Alimlərin gözləntilərinə əsasən bu il aparat öz yeni sürət və Günəşə yaxınlaşma rekordlarını yeniləyəcək.
    Linki kopyala