main-post-cover

    Orion kosmik gəmisi Yer kürəsinə geri qayıtmağa hazırlaşır

    Süni İntellekt
    04.12.2022
    Farid Pardashunas
        Əvvəlcədən də planlaşdırıldığı kimi Artemis-1 missiyası çərçivəsində Orion adlı kosmik gəmi 1 dekabr tarixində Ay orbitindən ayrıldı. Sözügedən uçuş manevrini reallaşdırmaq üçün kosmik gəmi əsas mühərriklərini işə salıb və onlar 2 dəqiqə ərzində çalışıblar. Qeyd etmək lazımdır ki, keçən ayın sonunda Orion Ayın uzaq retoqrad orbitinə (Laqranj nöqtələrinin sərhədlərindən kənarda olan stabil orbit) çıxmışdı. Həmin uçuş manevri çərçivəsində kosmik gəmi Yer kürəsindən 434 000 km məsafədə yerləşirdi.
        Bu isə insanların daşınması üçün nəzərdə tutulmuş kosmik gəmilər arasında rekord göstəricidir. Bu cür məsafədə Yer kürəsinin maqnit sahəsi kosmik gəminin təchizatlarını və onun daxilində yerləşə biləcək insanları radiasiyadan qoruya bilmir. Orion-un Artemis-1 missiyası çərçivəsində əsas tapşırıqlarından biri də kosmosda şüalanmanın intensivliyi barəsində məlumatları toplamaq idi. Bunun üçün NASA Orion daxilinə yerləşdirilmiş manekeni radioaktiv şüalanma sensorları ilə təchiz edib. Qeyd etmək lazımdır ki, Orion artıq Yer kürəsinə tərəf istiqamət alıb. Kosmik gəminin 11 dekabr tarixində Sakit okeana düşəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər