main-post-cover

    Orion kosmik gəmisi Ay səthindən 130 km hündürlükdə uçuşunu reallaşdırıb (VİDEO)

    Süni İntellekt
    22.11.2022
    Farid Pardashunas
        NASA-nın Orion adlı kosmik gəmisi Artemis 1 missiyası çərçivəsində öz kosmik səyahətini davam etdirir. Verilmiş məlumata əsasən kosmik gəmi Ay səthindən 130 km hündürlükdə uçuşunu artıq reallaşdırıb və onun ən uzaq orbitinə çatmaq üçün uçuşunu davam etdirir. Məlumatda qeyd edilib ki, Orion kosmik gəmisi Ayın qaranlıq tərəfində olub. Yer kürəsindən Ayın həmin tərəfi görünmür. Nəticədə kosmik gəmi maksimal dərəcədə Ay səthinə yaxınlaşıb və daha sonra ondan uzaqlaşmağa başlayıb.
        Yaxın bir neçə gün ərzində kosmik gəmi artıq Ayın ən uzaq orbitinə çatmalıdır. Məlumatda qeyd edilib ki, sözügedən manevr prosesini Orion avtomatik şəkildə reallaşdırıb. Artemis 1 missiyası çərçivəsində Orion Ay ətrafında tam dövrü reallaşdırmalı və daha sonra Yer kürəsinə geri qayıtmalıdır. Bu missiya ABŞ-ın yeni Ay proqramının bir hissəsidir. Yeni Ay proqramının əsas məqsədlərindən biri də bu onilliyin sonuna kimi Ayda tədqiqat bazasının yaradılmasıdır. Artemis 1 missiyası çərçivəsində NASA həmçinin özünü SLS (Space Launch System) adlı ağır raketini də test edib.
        Kosmik gəminin növbəti manevr uçuşu 25 noyabr tarixinə planlaşdırılır. Reallaşdırılacaq manevr uçuşu nəticəsində Orion Ayın ən uzaq orbitinə çıxacaq və 1 dekabr tarixinə kimi orda qalacaq. Daha sonra isə kosmik gəmi öz mühərrikini işə salacaq və Yer kürəsinə istiqamət alacaq. Kosmik gəminin Yer kürəsinin atmosferinə daxil olması və Sakit okeana düşməsi 11 dekabr tarixinə planlaşdırılır. Bununla da Artemis 1 missiyası yekunlaşacaq. Əgər Artemis 1 missiyası nəticədə uğurlu hesab edilsə, 2024-cü ildə Orion vasitəsilə Ay ətrafı uçuşa artıq astronavtlar yollanacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər