main-post-cover

    OpenAI şirkəti süni zəka əsaslı GPT-4 dil modelini qapalı edib

    Süni İntellekt
    17.03.2023
    Farid Pardashunas
        Çox qısa müddət ərzində bütün dünyada məşhur olmuş süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti öz adının əsasını təşkil edən etik prinsiplərindən yan keçərək yenicə təqdim etmiş olduğu GPT-4 dil modelini qapalı edib. Şirkət rəhbərliyi öz növbəsində bunun səbəbini açıqlayıb. OpenAI şirkətinin həmtəsisçisi və süni zəka üzrə baş alimi olan Ilya Sutskever-in sözlərinə əsasən GPT-4 dil modelinin qapalı olmasını sənayenin inkişafı kimi qiymətləndirmək olar.
        O bildirib ki, GPT-4-ün yaradılması və dəstəklənməsi heç də asan bir proses deyil və bu proses şirkətin demək olar bütün gücünü alır. Digər şirkətlər də bu cür süni zəka sisteminə sahib olmaq istədikləri üçün həmin şirkətlər OpenAI məhsulunu analiz edirlər və hətta onun bəzi özəlliklərini oğurlayırlar. Bundan əlavə olaraq Sutskever qeyd edib ki, gələcəkdə süni zəkanın insanlara ciddi zərər yetirə biləcəyi dərəcədə güclü ola biləcəyi ehtimalını hesaba almaq lazımdır. Buna görə də məhsulun daxili özəlliklərinin və hazırlanma təfərrüatlarının gizli saxlanılması məntiqlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər