main-post-cover

    NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər və personajlar yarada bilir

    Süni İntellekt
    26.09.2022
    Farid Pardashunas
        NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D dünyaların yaradıcılarının gördükləri işləri qat-qat asanlaşdırmalıdır. Belə ki, GET3D adlı süni zəka alqoritmi insanları, heyvanları, binaları, nəqliyyat vasitələrini və digər üçölçülü obyektləri sürətli şəkildə yarada bilir. Bir qrafik prosessor sayəsində GET3D saniyədə 20 obyekt yarada bilir. NVIDIA mühəndilsəri sözügedən süni zəka alqoritmini üçölçülü obyektlərin müxtəlif rekurslardan hazırlanmış yastı formalı versiyaları vasitəsilə təlimatlandırıblar. Təlimatlandırma prosesi isə NVIDIA-nın A100 adlı sistemləri əsasında aparılıb.
        Nəticədə GET3D-nin sisteminə milyon ədəd obyekt obrazının daxil edilməsi üçün 2 gün vaxt lazım olub. Alqoritm obyektləri yüksək keyfiyyətli teksturlara sahib standart üçbucaqlı poliqonal obyekt formatında yaradır. Bu texnologiya ilk növbədə virtual 3D dünyaların yaradıcılarına hədəflənib. Buna görə də süni zəka alqoritmi vasitəsilə generasiya edilmiş obyektləri oyun mühərrikləri, 3D modelləşdirmə və filmlər üçün vizual məzmun alətləri ilə uyğunlaşan formatlarda eksport etmək mümkündür. Bu cür texnologiya oyun və ya metakainat tətbiqlərinin yaradıcılarının işlərini qat-qat asanlaşdıra bilər.
        Sözügedən texnologiya həmçinin robototexnika və memarlıq sahələrində də istifadə oluna bilər. Sözügedən alqoritm oxşar obyektlər arasındakı nüansları fərqləndirə bilir. Məsələn o, nəqliyyat vasitələrindən sedan, yük maşını, idman avtomobili və ya furqon, heyvanlar kateqoriyasından isə tülkü, ayı, at və s. heyvanları yarada bilər. Bu siyahı süni zəka alqoritminin təlimatlandırılma prosesi çərçivəsində genişlənir. NVIDIA şirkəti GET3D sisteminin gələcək versiyalarını süni şəkildə yaradılmış obyektlər əvəzinə real obyektlər əsasında təlimatlandırmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər