main-post-cover

    NVIDIA-nın CEO-su Jensen Huang: 'Hər bir insan süni zəka vasitəsilə proqramçı ola biləcək'

    Süni İntellekt
    30.05.2023
    Farid Pardashunas
        NVIDIA şirkətinin CEO-su Jensen Huang hal hazırda keçirilən Computex 2023 sərgisində süni zəka texnologiyası ilə bağlı fikirlərini səsləndirib. Onun fikrincə süni zəka əsaslı güclü sistemlərin daha geniş miqyasda yayılmaları nəticəsində insanlar rəqəmsal maneələrdən yan keçə və proqramçı peşəsinə yiyələnə biləcəklər.
        “Hər bir dövr hesablama texnikasında daha öncə mümkünsüz hesab edilmiş müəyyən nailiyyəti ilə seçilir. Süni zəka yeni inkişaf mərhələsi olub. Proqramçı peşəsinə yiyələnmə prosesinin qarşısında duran maneə artıq çox kiçikdir. Hal hazırda demək olar bütün istifadəçilər proqramçıdırlar. Sadəcə olaraq kompüterdən müəyyən əməliyyatın yerinə yetirilməsini istəmək lazımdır” - deyə Jensen Huang bildirib.
        Qeyd etmək lazımdır ki, NVIDIA şirkətinin bu il ərzində bazar dəyəri demək olar 1 trilyon dollara çatıb. Bunun əsas səbəblərindən biri də şirkətin öz məhsullarında süni zəka imkanlarından maksimal dərəcədə istifadə etməsidir. Məsələn artıq bütün dünyada məşhur olan süni zəka əsaslı ChatGPT çat-botu məhz NVIDIA şirkətinin qrafik prosessorları vasitəsilə çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər