main-post-cover

    NASA Super Yer sinifinə daxil olan yeni planet kəşf edib

    Süni İntellekt
    14.11.2022
    Emil Nəcəfov
        NASA Super Yer sinifinə daxil olan yeni planeti kəşf edib. Kəşf edilmiş planet TOI-1075 b adını əldə edib. Qeyd etmək lazımdır ki, Super Yer sinifinə daxil olmaq üçün bu və ya digər planetin kütləsi Yer kürəsinin kütləsindən böyük, Neptunun kütləsindən isə kiçik olmalıdır. Təbii ki, bu cür kosmik obyektlər digər ulduz sistemlərində mövcuddurlar və onlar alimlərin böyük maraqlarına səbəb olurlar. Sözügedən sinifə daxil olan bəzi planetlər öz ulduzları ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr edirlər.
        Bu isə o deməkdir ki, onların səthlərində maye şəklində su mövcud ola bilər. Lakin TOI-1075 b adlı yeni planetin halında bu belə deyil. Belə ki, sözügedən planet öz ulduzu ətrafında o qədər yaxın məsafədə dövr edir ki, onun səthindəki temperatur 1050 dərəcə Selsi təşkil edir. Bu halda isə maye şəklində sudan söhbət belə gedə bilməz. TOI-1075 b-nin daha bir maraqlı özəlliyi ondan ibarətdir ki, o, qısa orbitə sahibdir. Bunun hesabına planet öz ulduzu ətrafında tam dövrü cəmi 14.5 saata reallaşdırır. Bununla yanaşı sözügedən planet Super Yer sinifinə daxil olan bilinən planetlər arasında ən böyüyüdür. Onun kütləsi Yer kürəsinin kütləsindən 10 dəfə böyükdür.
    Linki kopyala