main-post-cover

    NASA Perseverance aparatının Mars səthinə eniş prosesinin videosunu və digər materialları təqdim edib

    Süni İntellekt
    23.02.2021
    Farid Pardashunas
        Mars planetinə Perseverance aparatının uğurlu çatdırılmasından sonra aparatın göndərdiyi ilk fotolar təqdim olunmuşdu. İndi isə NASA agentliyinin saytında digər maraqlı materiallar təqdim edilib. Belə ki, NASA sözügedən aparatın Mars səthinə eniş prosesinin videosunu, planetin səthinin ilk panoram fotosunu və aparatda olan mikrofon vasitəsilə yazılmış səsləri təqdim edib. Təqdim edilmiş ilk fotodan fərqli olaraq video rəngli formatda təqdim edilib və bütün eniş prosesini özündə əks etdirir.
        Çəkiliş həm eniş platformasında həm də aparatın özündə olan kameralar vasitəsilə aparılıb. Bundan əlavə olarq Perseverance aparatının endiyi Jezero kraterinin panoram fotosu təqdim edilib. NASA-nın saytında aparatın Mars səthində qeydə aldığı səslərə qulaq asmaq olar. Həmin audioyazılara bu linkdən baxa bilərsiniz. Daha bir maraqlı material isə aparat tərəfindən çəkilmiş və hələ emal edilməmiş 4000 ədəd RAW fotolardır. Həmin fotolar aparatın kameraları vasitəsilə rəngsiz şəkildə çəkilib.
        Qeyd etmək lazımdır ki, Perseverance aparatı 23 ədəd kameraya sahibdir. Bu cür kamera təchizatı həmçinin Curiosity aparatında da var idi. Lakin Perseverance təkmilləşdirilmiş 20 MP-lik kameranı da özündə birləşdirir. Jezero kraterindəki müşahidələrinə başlamazdan öncə NASA mühəndisləri onun mühərriki il təkərlərini testdən keçirtməlidirlər. Perseverance aparatının əsas missiyası isə Marsda həyat izlərinin aşkar edilməsi və Mars səthində olan süxurların nümunələrinin yığılmasıdır. Daha sonra həmin nümunələr Yer kürəsinə tədqiqat üçün göndəriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər