main-post-cover

    NASA-nın Perseverance aparatı uğurla Mars səthinə eniş edib

    Süni İntellekt
    19.02.2021
    Farid Pardashunas
        NASA agentliyi Perseverance adlı Mars aparatının missiyasının ilkin mərhələsini uğurla yekunlaşdırıb. Belə ki, gecə sözügedən aparat avtomatik rejimdə uğurla Mars səthinə eniş edə bilib. Eniş edəndən sonra isə o öz kameralarından biri vasitəsilə çəkilmiş ilk fotonu da Yer kürəsinə göndərib. Mars planetinin orbitinə çatandan sonra daxilində Perseverance aparatının olduğu eniş modulu planetin atmosferinə saatda 19.300 km sürətlə daxil olub. Sürətin azalmasından və mühərrikin ayrılmasından sonra avtomatik olaraq paraşüt sistemi işə düşüb.
        Daha sonra Sky Crane adlı xüsusi aparat vasitəsilə planetin səthindən 20 metr hündürlükdə Perseverance aparatı tros sistemi sayəsində səthə endirilib. Qeyd etmək lazımdır ki, Perseverance 23 ədəd kamera, naviqasiya sistemi və mütəxəssislərə Marsdakı səsli eşitməyə imkan verəcək 2 ədəd mikofon ilə təchiz olunub. Sözügedən missiya çərçivəsində Perseverance ilə birlikdə Marsa ilk dəfə olaraq Ingenuity adlı dron da göndərilib. Bu dronun ağırlığı 1.8 kq-dır və o məhz Marsın atmosferində rahat uçuş üçün nəzərdə tutulub.
        Yaxın bir neçə gün ərzində Perseverance Marsın ətraf ərazilərinin fotolarını çəkməklə, NASA mütəxəssisləri isə aparatın vəziyyətinin müşahidəsi ilə məşğul olacaqlar. Daha sonra isə aparat digər tapşırıqların yerinə yetirilməsi üçün yenilənmiş proqram təminatını əldə edəcək. Mars 2020 missiyasının əsas məqsədi qırmızı planetdə həyat növünün izlərini aşkar etməkdir. Missiya çərçivəsində həmçinin Marsın süxurları ilə atmosferi də müşahidə olunacaq. NASA-nın tarixində 5-ci Mars aparatı olan Perseverance-də olan xüsusi alətlər Mars süxurlarından nümunələrin götürülüb kosmik gəmiyə göndərilməsi imkanını verirlər. Daha sonra həmin nümunələr Yer kürəsinə tədqiqat üçün göndəriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər