main-post-cover

    NASA-nın Curiosity Mars aparatı potensial həyat növünə yaxın ola bilər

    Süni İntellekt
    19.07.2021
    Emil Nəcəfov
        NASA agentliyi Mars planetində metan qazı ifrazının baş verdiyi 4 mənbəni təyin edib və yaxın zamanda həmin mənbələrin araşdırılmasına start veriləcək. Həmin mənbələr planetin yaranması və tarixi barəsində məlumatlar əldə etməyə yardımçı olacaqlar. NASA əməkdaşları bildiriblər ki, Curiosity aparatı böyük həcmdə məlumatın yerləşdiyi yerə yaxındır və həmin məlumat Marsdakı həyat növünə işarə edə bilər. Məlumatda qeyd edilib ki, tədqiqatçılar metan qazı ifrazının baş verdiyi 6 ərazini təyin edə biliblər.
        Onlardan biri Curiosity aparatından bir neçə kilometr cənub-qərbdə yerləşir. Yaxın zamanda aparat metan qazı ifrazını analiz edərək onun mənşəyini təyin etməyə çalışacaq. 2012-ci ildə Mars planetinin səthinə endiyi vaxtdan indiyənə kimi Curiosity aparatı 6 dəfə metan qazı ifrazını aşkar edə bilib. Lakin indiyənə kimi alimlər həmin ifrazların baş verdikləri mənbələri təyin edə bilmirdilər. Avropanın Trace Gas Orbiter adlı orbital aparatı da həmçinin atmosfer səviyyəsində metan izlərini aşkar edə bilməmişdi.
        İndi isə alimlər metan hissəciklərini modelləşdirərək və külək sürətinin marşrutunu izləyərək metan mənbələrinin mümkün yerləşmə ərazisini daha da kiçildiblər. Alimlər güman edirlər ki, aşkar edilmiş metan qazı qeyri-orqanik mənşəyə sahibdir. Lakin onlar hətta qeyri-orqanik mənşəyə sahib olsalar da geoloji aktivliklər ilə əlaqəli ola bilərlər. Uzaq keçmişdə Mars səthində böyük həcmdə su ehtiyatı olub. Əgər metan ifrazının baş verdiyi mənbələrdə aktiv sular yoxdursa, həmin mənbələrin araşdırılması Mars tarixinə nəzər yetirməyə imkan verəcək.
    Linki kopyala