main-post-cover

    NASA agentliyi astronavtların Aya göndərilməsinin hansı qiymətə başa gələcəyini açıqlayıb

    Süni İntellekt
    28.09.2020
    Farid Pardashunas
        “Artemis” missiyası çərçivəsində amerikalı astronavtların Ay səthinə eniş etmələri 2024-cü ilə planlaşdırılır. Sözügedən missiya texniki baxımdan çətin olmaqla yanaşı həmçinin baha başa gələcək bir missiya olacaq. Bununla yanaşı sözügedən missiyanın ilkin mərhələlərinin tarixlərində dəyişikliyin olması barədə məlumatlar da verilib. Bu barədə Phys.org saytı xəbər verib. Beləliklə məlumata əsasən NASA agentliyinin hesablamalarında qeyd olunub ki, amerikalı astronavtların Aya göndərilib geri qaytarılması 28 milyard dollara başa gələcək. Bu ilin noyabr ayında ABŞ konqressi sözügedən vəsaitin dövlət büdcəsindən ayrılmasını təsdiqləməlidir.
        Əgər hər şey yolunda getsə, “Artemis” missiyasının 2024-cü ildə reallaşdırılması mümkündür. Lakin əks halda sözügedən missiya sual altında qalacaq. Belə ki, əsas problemlər ABŞ-da yaxınlaşan prezident seçkiləri iə bağlıdır. Qeyd etmək lazımdır ki, Barack Obama özündən əvvəlki prezident George Bush-un Mars planeti üzrə proqramını ləğv etmişdi. Eyni hadisə yeni ABŞ prezidenti ilə də baş verə bilər. Lakin əgər hər şey yolunda getsə, qeyd olunmuş vəsaitin 16 milyard dolları Ay moduluna xərclənəcək. “Artemis 1” adlı test uçuşu gələn ilin noyabr ayında baş tutacaq.

    Həmin test uçuşu Orion kapsuluna sahib Space Launch System adlı böyük raket vasitəsilə reallaşdırılacaq. Test uçuşu çərçivəsində Orion kapsulu 3 həftə ərzində kosmosda yerləşəcək və daha sonra Yer kürəsinə qayıdacaq.

        Koronavirus pandemiyasından əvvəl bu mərhələ bu il üçün planlaşdırılırdı. Koronavirus pandemiyası səbəbilə həmçinin astronavtların Ayın yaxınlığında uçuş missiyalarını 2022-ci ildən 2023-cü ilə təxirə salıblar. Aya ilk qadın astronavtı isə “Artemis 3” missiyası çatdıracaq. Güman olunur ki, yeni missiyada iştirak edəcək astronavtlar 1969-cü ildə Apollo 11 missiyası çərçivəsində Aya yollanmış astronavtlar ilə müqayisədə Ayın səthində 1 həftə daha çox qalacaqlar. Hal hazırda sözügedən missiya üçün eniş modulunun hazırlanması üzrə 3 şirkət rəqabət aparır. Söhbət, SpaceX, Blue Origin Dynetics şirkətlərindən gedir. Tam hazır kosmik gəmilər 2021-ci ilin fevral ayından gec olmayaraq NASA mütəxəssislərinə təqdim olunmalıdırlar. Daha sonrakı mərhələdə NASA mütəxəssisləri təqdim olunacaq variantlardan birini seçəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər