NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib

NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib

Süni zəka və Elm
06.04.2021 PAYLAŞIM

    NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib. Öz Twitter hesabında agentlik dronun Mars səthindəki ilk fotolarını təqdim edib. Həmin fotolar Perseverance Mars aparatı vasitəsilə çəkilib. Bundan əlavə olaraq NASA mütəxəssisləri sözügedən dronun gözlənilən ilk uçuş tarixini də elan ediblər. NASA təqdim etdiyi fotolarda qeyd edib ki, dronun Mars səthinə yerləşdirilməsindən sonra o, qırmızı planetin soyuq gecəsini geridə qoymalıdır. Qeyd etmək lazımdır ki, Marsda gecələr temperatur -90 dərəcəyə kimi enə bilir.


    Planetin səthinə yerləşdirilməmişdən öncə dronun həssas elektronikası Perseverance aparatının elektrik şəbəkəsi sayəsində qızdırılırdı. İndi isə Perseverance-dan ayrılandan sonra dron öz həssas elektronik komponentlərini fərdi batareyalar vasitəsilə qızdırmalıdır. Həmin batareyalar günəş enerjisi vasitəsilə çalışırlar. Ingenuity-nin ilk uçuşu 11 aprel tarixinə planlaşdırılır. Həmin müddətə kimi isə dronun testi və uçuşa hazırlığı reallaşdırılacaq. Dronun əsas məqsədi onun kimi aparatların Marsda uça bilib-bilmədiklərini öyrənməkdir.

    Belə ki, Yer kürəsindən fərqli olaraq Marsda atmosfer sıxlığı 1%-dən az təşkil edir. Bununla yanaşı sözügedən dron kameralar ilə təchiz olunub. Həmin kameralar vasitəsilə çəkiləcək fotolar ilk öncə Perseverance aparatına, daha sonra isə Perseverance-dan Yer kürəsinə ötürüləcək. Qeyd etmək lazımdır ki, 1.8 kq ağırlığında olan bu dronun qiyməti 85 milyon dollar təşkil edir. Bu, digər planetə göndərilmiş ilk uçuş aparatıdır. Onun missiyasının uğurlu olacağı halında Marsın müşahidə edilmə miqyası daha da genişlənəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Marsda mümkün olmayan təbiət hadisəsi qeydə alınıb

Mars planetinin səthini müşahidə edən zaman Perseverance aparatı qeyri adi foto çəkib.


Kainatın genişlənməsinin səbəbi maqnetizmə sahib qara materiya ola bilər

Kainatın genişlənməsi daha da sürətlə gedir. Lakin alimlər bunun səbəbini anlaya bilmirlər...


Alimlər: 'COVID-19 sistemli xəstəlik xarakterini daşıyır'

Bu cür nəticəyə gəlmək üçün alimlər COVID-19 səbəbilə həyatlarını itirmiş xəstələrin toxumalarına ol..


Dünyanın bir çox şəhəri ponçik iqtisadiyyatı modelinə keçid edir

İqtisadiyyatın bu modeli sosializmin sosial cavabdehlik daşıyan kapitalizm ilə spesifik qarışığıdır...


Həvəskar astrofotoqraf 12 il ərzində Süd Yolu qalaktikasının panoram təsvirini y..

Həvəskar astrofotoqraf Süd Yolu qalaktikasının detallı təsvirini təqdim edib.


Alimlər ultrasəs skanı vasitəsilə meymunların düşüncələrini oxuya biliblər..

İnsanların fikirlərini oxumaq üçün nəzərdə tutulmuş ən müasir texnologiyalar beyinə yeridilən ən kiç..

×