Meta şirkəti GPT-4-ü geridə qoyacaq yeni süni zəka modelini hazırlayır

Meta şirkəti GPT-4-ü geridə qoyacaq yeni süni zəka modelini hazırlayır

Süni zəka və Elm
12.09.2023 PAYLAŞIM

    Meta Platforms şirkəti OpenAI şirkətinin GPT-4 modelini geridə qoymağı hədəfləyib. Buna görə də şirkət yeni süni zəka modelinin hazırlanmasına start verib. Öz süni zəka modelinin təlimatlandırılması üçün şirkət NVIDIA-nın H100 adlı süni zəka çiplərini alır və data mərkəzlərini genişləndirir. Meta öz yeni süni zəka modelinin təlimatlandırılmasını gələn ilin əvvəlinə planlaşdırır. Sözügedən layihənin əsas məqsədi insan ünsiyyətini imitasiya etməyi bacaracaq yeni nəsil süni zəka alətlərinin yaradılmasıdır.

    Bu, Meta şirkətinin generativ süni zəka sahəsindəki texnologiyalarının növbəti məntiqli inkişafı olacaq. Məlumata əsasən şirkət Instagram üçün nəzərdə tutulmuş süni zəka əsaslı çat-botu test edir. Mark Zuckerberg hazırlanan yeni süni zəka modelinin süni zəka əsaslı alətlərin hazırlanması ilə məşğul olan şirkətlər üçün pulsuz təqdim edilməsini planlaşdırır. Bununla belə şirkət bəzi problemlərlə qarşılaşıb. Onların arasında süni zəka mütəxəssislərinin şirkətdən ayrılması və digər texnoloji nəhənglər tərəfindən olan rəqabət var.


    Məsələn Apple şirkəti GPT-4-dən daha güclü olduğu iddia edilən Ajax adlı neyron şəbəkəsinin inkişaf etdirilməsinə milyonlarla dollar vəsait xərcləyir.Microsoft şirkəti süni zəka sistemini öz məhsullarına aktiv şəkildə inteqrasiya edir. Google isə yeni nəsil generativ süni zəka sisteminin hazırlanması ilə məşğuldur. Amazon da özünün generativ süni zəka layihələrini inkişaf etdirərək bu şirkətlərdən geri qalmır. Meta-nın yeni nəsil süni zəka modelinin hazırlanması layihəsi hal hazırda böyük tələbata sahib bu texnologiyanın inkişafında böyük addım olmalıdır. 



DAHA ÇOX


OPPO-nun süni zəka alqoritmi GPT-4 ilə eyni səviyyədə rəqabət aparır

Süni zəka dedikdə ilk növbədə ağıla Google, Microsoft, Meta, NVIDIA. OpenAI kimi şirkətlər gəlir...


Hidrogen yanacaq və CO2-nin atmosferdən yığılması qlobal istiliyin qarşısını ala..

Beynəlxalq Energetika Agentliyi (IEA) 2050-ci ilə kimi karbon neytrallığının əldə edilməsi üçün yeni..


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..

×