main-post-cover

    Mars ilə Yupiter arasında planet mövcud olsaydı, Yer kürəsi Günəş sistemindən kənara atılacaqdı

    Süni İntellekt
    10.03.2023
    Farid Pardashunas
        Planetary Science Journal adlı jurnalda Kaliforniya Universitetinin alimlərinin yeni tədqiqatları dərc edilib. Alimlərin heni tədqiqatlarında Mars ilə Yupiter arasında fərziyyəyə əsaslanan planetə sahib Günəş sistemnin konfiqurasiyası müşahidə edilib. Qeyd etmək lazımdır ki, reallıqda Mars ilə Yupiter arasındakı zona boşdur və alimlər bunun nəyə görə belə olduğunu bilmirlər. Lakin aparılmış kompüter modelləşdirmələri onu göstəriblər ki, Mars ilə Yupiter arasında planet mövcud olsaydı, bu, Yer kürəsi üçün fəlakətə səbəb olardı. “Bizim Günəş sistemimiz mənim daha əvvəllər düşündüyümdən daha detallı şəkildə ayarlanıb. Hər şey dəqiq şəkildə çalışan saat mexanizmlərinə bənzəyir və əgər bu ümumi mexanizmə digər əlavə mexanizm əlavə edilsə, hər şey məhv olar” - deyə alimlərdən biri qeyd edib.

    Alimlər Günəş sistemi ilə bağlı iki sirrə aydınlıq gətirməyə çalışıblar. Birinci sirr Yer kürəsi ilə Neptun arasında Yer kürəsindən 4 dəfə böyük və 17 dəfə daha ağır aralıq kütləli planetin olmaması ilə bağlıdır. İkinci sirr isə Mars ilə Yupiter arasındakı zonada planetin olmamasını əhatə edir.

        Bu iki sirr aparılmış kompüter modelləşdirilmələrində birləşdirilib. Aparılmış kompüter modelləşdirilmələrində isə Mars ilə Yupiterin arasında bir ədəd Super Yer (kütləsi Yer kürəsinin kütləsindən böyük, Neptunun kütləsindən isə kiçik olan planetlər sinifi) yerləşdirilib. Hesablamalar nəticəsində məlum olub ki, Mars ilə Yupiter arasında fərziyyəyə əsaslanan Super Yerin Günəş sisteminin digər panetlərinin orbitlərinə təsir göstərmədən dövr edə biləcəyi bir təsdiqlənmiş orbiti var. Lakin aparılmış kompüter modelləşdirilmələrinin əksəriyyətində Mars ilə Yupiter arasında Super Yerin mövcud olması öz növbəsində Günəş sisteminin bütün planetlərinin orbitlərini qeyri-stabil hala gətirib çıxarır.
        Bu halda Venera, Merkuri, Yer kürəsi, Neptun Uran sadəcə olaraq Günəş sistemindən kənara atılacaqdılar. Məsələ burasındadır ki, fərziyyəyə əsaslanan Super Yerin hərəkət orbiti mütləq şəkildə Yupiterə təsir göstərərdi. O isə öz növbəsində öz qravitasiya gücü vasitəsilə digər planetlərin orbitlərini qeyri-stabil vəziyyətə gətirərdi. Bu halda hətta əgər Yer kürəsi Günəş sistemində qalsaydı belə, onun orbiti elə dərəcə uzanmış şəkildə olacaqdı ki, planetdə həyat formasının mövcud olması barəsində danışmağa ehtiyac belə qalmazdı. Buna görə də Mars ilə Yupiter arasında Super Yerin olmaması böyük bəxtəvərlikdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər